Əfqanıstanda Milli Təhlükəsizlik Müdirliyi (NDS) paytaxt Kabildə keçirdiyi əməliyyat nəticəsində Çin üçün casusluq edən 10 nəfəri həbs edib.
Əməliyyatda ələ keçirilən və Çin kəşfiyyat xidməti ilə əlaqəli olduğu bildirilən 10 çinli həbs edilib. Ələ keçirilən Çin agentlərindən ən azı ikisinin Talibanla təmasda olduğu, digər çinlilərin isə cəsusluqda və terror hücumlarını təşkil etməkdə günahlandırıldığı iddia edilir.
Əfqanıstan təhlükəsizlik qüvvələri müvafiq ünvanlarda həyata keçridiyi əməliyyatlarda silah, sursat və çox sayda partlayıcı maddə də ələ keçirilib.
Əfqanıstan prezidentin müavini Əmrullah Saleh, Çinin kabildəki səfiri Vang Yu ilə ələ keçirilən agentlər haqqında məlumat vermək üçün görüşüb. Görüşdə Pekinin beynəlxalq normaları pozduğunu və Kabil rəhbərliyinin etimadını doğrultmadığı qeyd olunub.
Çindən rəsmi şəkildə üzr istəməsini gözlədiklərini dilə gətirən Salih, agentləri yalnız bu şəkildə bağışlana biləcəyini, əks təqdirdə məhkəmə prosesinə başlayacaqları barədə xəbərdarlıq edib.
Digər maraqlı məqam isə çinli cəsusların Hindistan və Əfqanıstan təhlükəsizlik qüvvələrinin əməkdaşlığı nəticəsində ələ keçirildiyi ehtimal olunur. Əfqan qüvvələrinin bu miqyasda əməliyyat təşkil etmələri üçün gərəkli məlumatların Hindistan tərəfindən ötürüldüyü iddia edilir.
Xatırladaq ki, son aylarda Çin və Hindistan sərhəd toqquşmaları ilə yanaşı ətraf regionlarda qarşılıqlı kəşfiyyat fəaliyyətləri icra edirlər. Çinki agentlərin Talibanla əlaqələrinin də Hindistanda terror aktlarının həyata keçirilməsi istiqamətində aparıldığı idda olunur.
Rəvan Əliyev, Bizim Media
- A-
- A
- A+
Siyasət
13:03 / 27.12.2020
Çin və Hindistan arasında kəşfiyyat müharibəsi
Hazırda oxunan: Çin və Hindistan arasında kəşfiyyat müharibəsi
Hazırda oxunan: Çin və Hindistan arasında kəşfiyyat müharibəsi
6528
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.