“Müharibə ancaq bu zaman bitə bilər” – AŞPA-nın vitse prezidenti ilə MÜSAHİBƏ 

Hazırda oxunan: “Müharibə ancaq bu zaman bitə bilər” – AŞPA-nın vitse prezidenti ilə MÜSAHİBƏ 

65233

“Hüquqi baxımdan müharibə yalnız sonuncu rus əsgəri Ukrayna ərazisini, o cümlədən, təbii ki, Krımı tərk edəndə bitə bilər”. 

Bu sözləri Avropa Şurası Parlament Assambleyasının vitse-prezidenti, Ukrayna Ali Radasının Xarici siyasət və parlamentlərarası əməkdaşlıq məsələləri Komitəsinin sədri Aleksandr Merejko Bizim.Media-ya müsahibəsində bildirib. Merejko daha sonra nələrdən danışıb? Müsahibəni təqdim edirik: 

- Zelinskinin ofisi Rusiya ilə ən geci mayın əvvəlinə kimi  sülh müqviləsinin imzalanacağını açıqlayıb.  Sizcə bu hansı şərtlər daxilində mümkün ola bilər? 
 

MÖVZU İLƏ BAĞLI:

AŞPA-nın vitse-prezidenti Yusif Vəzir Çəmənzəminli HAQQINDA: “Onun yaradıcılığı xalqlarımızı birləşdirir”


- Bu, mümkündür, ancaq bir şərtlə ki, Putin yaxşı niyyətlə və konstruktiv şəkildə, yəni razılığa gəlmək məqsədi ilə danışıqlara başlasın və Ukraynaya qarşı təcavüzün davam etdirilməsi üçün pərdə yaratmasın. Hələlik mən Putin tərəfindən danışıqlara elə konstruktiv yanaşma görmürəm. 

- Ola bilərmi ki, liderlərin birbaşa görüşündən sonra müharibə dayandırılsın?  Bəs nə üçün hələ də onların görüşləri təşkil olunmayıb? 

- Hüquqi baxımdan müharibə yalnız sonuncu rus əsgəri Ukrayna ərazisini, o cümlədən, təbii ki, Krımı tərk edəndə bitə bilər. İndi biz hərbi əməliyyatların dayandırılmasından danışırıq. Bu, Ukrayna üçün də vacibdir, çünki biz öz xalqımızın həyatını xilas etməliyik. Putinlə Ukrayna prezidentinin şəxsi görüşü zamanı atəşkəslə bağlı razılığa gəlmək mümkün olardı. Lakin hələlik Putin belə bir görüşə maraq göstərməyib. Prezidentimiz Zelenski isə görüşə hər zaman hazırdır. 

- Zelinski ofisi danışıqlardan sonra açıqlamasında qeyd edib ki, Rusiyanın  sülh müqaviləsinə görə masaya qoyduğu şərtlər Ukrayna üçün kapitulyasiyaya bərabərdir.  Əgər Rusiya şərtlərini dəyişməsə, Ukrayna geri addım ata bilərmi? 

- Rusiyanın irəli sürdüyü tələblər absurddur və qətiyyən qəbuledilməzdir. Rusiya tamamilə bilərəkdən elə absurd və qəbuledilməz şərtlər irəli sürdü ki, onlarla razılaşmaq mümkün olmasın. Bu həm də Rusiyanın ilkin olaraq kompromis əldə etmək istəmədiyinin sübutudur. Məsələ burasındadır ki, Rusiyanın rəsmi şəkildə sərtləşmiş məqsədləri onun real məqsədlərinə uyğun gəlmir. Beləliklə, Rusiya iddia edir ki, məqsədi NATO-ya qarşı təhlükəsizliyi təmin etmək deyil, əslində məqsədi başqadır. 

Putin yaxşı bilir ki, NATO Rusiyanın təhlükəsizliyinə təhlükə yaratmır; əksinə, NATO bütün Avropa üçün sülh və təhlükəsizliyin təminatçısıdır. Putinin məqsədi başqadır - Ukraynanı öz təsir dairəsinə daxil etmək və sovet imperiyasını yenidən bərpa etmək. 

- Müharibənin dayandırılması və Rus qoşunlarının Ukrayna ərazisini tərk etməsi üçün yeganə şərt  Luqansk və Donetskin müstəqilliyinin tanınması olarsa, Ukrayna qəbul edər? 

- Ukrayna Luqansk və Donetsk vilayətlərinin yəni müəyyən rayonlarının müstəqilliyini tanıya bilməz. Bu sadəcə qeyri-realdır. Birincisi, Ukrayna Konstitusiyasına görə, bu, Ukrayna ərazisinin ayrılmaz hissəsidir. Konstitusiyanı heç kim dəyişdirə bilməz. İkincisi, bu gün bu ərazilər müvəqqəti olaraq Rusiyanın işğalı altındadır. Və bu ərazilərin rus işğalından azad olunması qaçılmazdır.

Leyla Şah, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin