Rusiyadan Azərbaycana qarşı təxribatçı ADDIM  

Hazırda oxunan: Rusiyadan Azərbaycana qarşı təxribatçı ADDIM  

65128

Rusiyanın “Sputnik” İnformasiya Agentliyinin Azərbaycandakı nümayəndəliyinə yeni rəhbər təyin edilib. 

Bizim.Media xəbər verir ki, “Sputnik-Azərbaycan”a Vitali Denisov rəhbərlik edəcək. O artıq Bakıya gəlib. 

Vitali Denisov bundan əvvəl separatçı Cənubi Osetiya respublikasında “Sputnik”in yerli bürosuna başçılıq edib. Son illərdə Bakıdakı büroya rəhbərlik edən Əziz Əliyev isə vəzifəsindən azad olunub. 

Araşdırmalarımız nəticəsində, Vitalinin erməni əsilli “Sputnik”in rəhbəri olan Marqarita Simonyanın yaxın kadrlarından biri olduğu ortaya çıxıb. Eyni zamanda Denisovun rəhbərlik etdiyi mətbu orqanın separatçı xəbərlərlə zəngin olduğu da diqqətdən yayınmayıb.

Görəsən, Azərbaycana qarşı bu cür təxribatçı addımın atılmasına səbəb nədir? 

Qeyd edək ki, daha əvvəl dünya ölkələri, o cümlədən Azərbaycan tərəfindən tanınmayan qondarma respublikada fəaliyyət göstərmiş media orqanına rəhbərlik edən şəxsin ölkəmizə təyinat alması qərəzli addım kimi qiymətləndirilə bilər.  
Lakin “Sputnik” İnformasiya Agentliyi bu təyinatın səbəbləri ilə bağlı hələlik hər hansı açıqlama yayımlamayıb. 

Mövzunu diqqətdə saxlayacağıq.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin