Azərbaycan Prezidenti Gürcüstanın Baş nazirini təbrik etdi

Hazırda oxunan: Azərbaycan Prezidenti Gürcüstanın Baş nazirini təbrik etdi

6512

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Giorgi Qaxariyanı Gürcüstanın Baş naziri vəzifəsinə təyin olunması münasibətilə təbrik edib.

Bizim.Media “Report”a istinadən məlumat verir ki, təbrikin məzmununda deyilir:

Gürcüstanın Baş naziri vəzifəsinə yenidən təyin olunmağınız münasibətilə Sizi ürəkdən təbrik edirəm. Bu gün Azərbaycan-Gürcüstan münasibətləri tarixən möhkəm dostluq və mehriban qonşuluq telləri ilə bir-birinə bağlı olan xalqlarımızın iradəsinə uyğun olaraq dinamik və hərtərəfli inkişaf etməkdədir.

İnanıram ki, siyasi, iqtisadi və humanitar sahələrdə daim genişlənən əlaqələrimiz, qarşılıqlı faydalı əməkdaşlığımız bundan sonra da xalqlarımızın rifahına, ölkələrimiz arasındakı strateji tərəfdaşlığın möhkəmlənməsinə töhfələr verəcəkdir. Sizə möhkəm cansağlığı, xoşbəxtlik, qarşıdakı məsul fəaliyyətinizdə uğurlar diləyirəm.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin