Hacı İlqardan Rauf Arifoğlu və Əli Kərimliyə MÜRACİƏT: “Pafos lazım deyil”x9d

Hazırda oxunan: Hacı İlqardan Rauf Arifoğlu və Əli Kərimliyə MÜRACİƏT: “Pafos lazım deyil”x9d

65088
xa0“Yeni Müsavat”x9d qəzetinin baş redaktoru Rauf Arifoğlu ilə AXCP sədri Əli Kərimli arasında yaranan qalmaqal qarşılıqlı ittihamlarla müşayiət edilir. AXCP üzvləri və Rauf Arifoğlu arasında yaranan baş verən virtual insidentdə tərəflər təhqirlərə əl atır. xa0
Dini Etiqad və Vicdan Azadlığı Müdafiə Mərkəzinin (DEVAMM) sədri, tanınmış ilahiyyatçı xa0Hacı İlqar İbrahimoğlu isə Rauf Arifoğlu və Əli Kərimlini barışığa dəvət edən çağırış edib.

Modern.az saytının məlumatına görə Hacı DEVAMM sədri bu barədə belə bildirib: xa0

“Bir neçə gün öncə hörmətli Əli Kərimli və hörmətli Rauf Arifoğluna bu məzmunda məktub yazdım.
"Hörmətli dostlar!
Hər ikinizlə səmimi münasibətim var. Hər ikinizi Azərbaycan üçün dəyərli insan bilirəm.xa0
Bu gün facebook-a nəzər saldım. Başım ağrımağa başladı.
Əziz dostlar!xa0
48 saatlıq dayandırmaq olmazmı? Ardınca da, daha 1 həftə. Emosiyalar soyuyardı. Buna qəti əminəm ki, baş verənlər heç birinizin xeyrinə deyil. Kimin birinci başladığını axtarıb tapmaq olmayacaq...Tənqidlə təhqiri ayırmaq da mümkün olmayacaq...
Sayğılarla,
Allahın bəndəsi olmaq istəyən dostunuz".
Ardınca hər ikisinə zəng vurdum. Detallara getmək istəmirəm. Tərəflərin hər ikisi baş verənlərdə təşəbbüskar olmadığını bəyan edir. Bunu da bir daha mübahisə predmetinə çevirmək istəmirəm.
Sadəcə yaranmış durumdan çıxmaq üçün, məktubda yazılanı həyata keçirməyə çağırış edirəm.
Eyni zamanda hörmətli Rauf Arifoğlu cənablarına müraciət edirəm və “Azadlıq”x9d qəzetinə qarşı məhkəmə müraciətini geri götürməyə çağırıram. Bunun ardınca, hörmətli “Azadlıq”x9d qəzetinin müdafiəçilərinə də müraciətlə, hörmətli Rauf Arifoğluna qarşı "geri çəkildi" tipli kampaniyanı aparmamağa çağırıram. Bu müraciətdə heç bir əlavə pafosa və detallara getməyə lüzum görmürəm.
Hörmət etdiyim dostlara ərk edərək, müraciət edirəm”x9d. xa0
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin