Rusiyanın bütün diqqətini Ukraynaya ayırması Qarabağdakı sülhməramlıların da bu istiqamətdə yönləndirilməsi ehtimalını artırıb. Rus sülhməramlılarını isə əvəz edəcək yeganə imkan Türkiyəyə aiddir. Bir tərəfdən də sülh müqaviləsi ilə bağlı Azərbaycanın Ermənistana verdiyi vaxt azalmaq üzrədir.
Bundan əndişələnən Ermənistanın baş naziri yenə telefondan asılı qalıb.
“Paşinyan yenidən zəng edib şikayət etməyə başlayıb ki, Azərbaycan Ermənistanı sülh müqaviləsi bağlamağa məcbur edir. Sonra Blinken İlham Əliyevə zəng edərək Paşinyanın “Minsk prosesi”ni davam etdirmək ideyasını dəstəklədəyini bildirib”.
Bizim.Media xəbər verir ki, bu fikirlər sabiq xarici işlər naziri Tofiq Zülfüqarova məxsusdur.
MÖVZU İLƏ BAĞLI:
Qarabağdakı rus sülhməramlıları Ukraynaya göndərilir – Rəsmi Kiyev
Keçmiş nazir bütün bu addımların atılmasının səbəbini həm Qərb, həm də Rusiya üçün nəticənin yox, münaqişə prosesinin önəmli olmasında görüb:
“Eyni məntiq Ukrayna hadisələri üçün də keçərlidir. Azərbaycan prezidentinin Türkiyə ilə İsrail arasında münasibətlərin normallaşmasına töhfə verməsi, Antalyada Rusiya və Ukrayna xarici işlər nazirlərini danışıqlar masası arxasına oturtmağı bacaran yeganə tərəfin Türkiyə olması onların xoşuna gəlmir. Lakin İlham Əliyev və Türkiyə prezidenti bu istiqamətdə işlərini davam etdirirlər”.
Tofiq Zülfüqarov Qarabağ məsələsi ilə bağlı önəmli bir nüansı da diqqətə çatıdıb:
“Onlar istəmirlər ki, Türkiyə sülhməramlıları Qarabağ zonasında Rusiya sülhməramlılarını əvəz etsin. Ona görə də zənglər edirlər...”
Murad Əhmədov, Bizim.Media