Martın 15-də Azərbaycan Prezidenti İlham Əliyev ilə türkmənistanlı həmkarı Qurbanqulu Berdiməhəmmədov arasında telefon danışığı olub.
Bizim.Media xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
Telefon danışığı zamanı İlham Əliyev və Qurbanqulu Berdiməhəmmədov son illər ərzində Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətlərinin yüksək səviyyəyə qalxmasından məmnunluqlarını ifadə ediblər.
Həmçinin, prezidentlər əminlik hissi ilə qeyd ediblər ki, bu əlaqələr bundan sonra da bütün sahələrdə inkişaf edəcək. Dövlət başçılarının birgə səyləri ilə əməkdaşlığımızın bütün sahələrdə uğurla inkişaf etdirilməsinə görə qarşılıqlı minnətdarlıq ifadə olunub.
Söhbət zamanı Azərbaycan ilə Türkmənistan arasında dostluq və qardaşlıq münasibətləri zəminində nəqliyyat, enerji, humanitar və digər sahələrdə əməkdaşlıq məsələlərinə dair fikir mübadiləsi aparılıb.
Bundan sonra telefon söhbətinə qoşulan Sərdar Berdiməhəmmədovu Türkmənistan Prezidenti vəzifəsinə seçilməsi münasibətilə təbrik edən İlham Əliyev ona gələcək fəaliyyətində uğurlar arzulayıb.
Dövlətimizin başçısı Azərbaycan ilə Türkmənistan arasında əlaqələrin bundan sonra da davamlı inkişaf edəcəyinə əminliyini bildirib.
Türkmənistanın yeni seçilmiş Prezidenti Sərdar Berdiməhəmmədov təbriklərə görə Azərbaycan İlham Əliyevə təşəkkürünü bildirib.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
18:54 / 15.03.2022
İlham Əliyev Berdiməhəmmədovla TELEFONLA DANIŞDI
Hazırda oxunan: İlham Əliyev Berdiməhəmmədovla TELEFONLA DANIŞDI
Hazırda oxunan: İlham Əliyev Berdiməhəmmədovla TELEFONLA DANIŞDI
64978
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.