“Rusiyada yaşayan soydaşlarımızın, vətəndaşlarımızın Vətənə qayıtması üçün müvafiq araşdırmalar və dəqiqləşdirilmələr aparılmalıdır. Bura pandemiya da daxildir”.
Azərbaycan Milli Məclisinin deputatı, Azərbaycan-Rusiya parlamentlərarası dostluq qrupunun üzvü Ceyhun Məmmədov Bizim.Media-ya verdiyi açıqlamasında belə deyib:
“Azərbaycan dövləti öz vətəndaşlarının taleyinə həssaslıqla yanaşır. Onların hansı şəraitdə və hansı ölkədə olmasından asılı olmayaraq, qayıtmaq istədikləri təqdirdə ölkəyə gətirməyə çalışır. Bunu Ukrayna misalında da görə bilərik. Xeyli vətəndaşımız artıq Ukraynadan təxliyə olunub.
Millət vəkili Azərbaycan-Dağıstan sərhəddində yaranmış vəziyyətə də aydınlıq gətirib. Bildirib ki, Rusiyada olan vətəndaşlarımızın qayıtması üçün ilkin olaraq buna müvafiq qərarlar qəbul edilməlidir.
Bu məsələ bu gün Milli Məclisdə də müzakirə edilib:
“Bu gün Rusiyada çox sayda azərbaycanlı yaşayır. Onların ölkəmizə qayıtması üçün müvafiq araşdırmalar və dəqiqləşdirilmələr aparılmalıdır. Bura pandemiya da daxildir. Ölkəmizdə pandemiyanın hələ bitməməsi hər kəsə məlum haldır. Dövlətimiz vətəndaşlarımızın vətənə qayıtması üçün ən uyğun qərarları qəbul edəcək və onların taleyinə biganə qalmayacaq. Bu mənada vətəndaşlarımız narahat olmasın və onlar da mövcud vəziyyətdə bu həssas dönəmdə dövlətimizin verdiyi qərarlara tapşırıq və təlimatlarına uyğun olaraq davranmalıdırlar”.
Leyla Şah, Bizim.Media
- A-
- A
- A+
Siyasət
15:30 / 15.03.2022
Soydaşlarımız Rusiya sərhədində niyə yığılıb qalıb?
Hazırda oxunan: Soydaşlarımız Rusiya sərhədində niyə yığılıb qalıb?
Hazırda oxunan: Soydaşlarımız Rusiya sərhədində niyə yığılıb qalıb?
64923
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.