“Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanı hər zaman dəstəkləyəcək” - BƏƏ naziri

Hazırda oxunan: “Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanı hər zaman dəstəkləyəcək” - BƏƏ naziri

64892

Azərbaycanda Qaradağ Günəş Elektrik Stansiyasının tikintisi karbon qazı (CO2) tullantılarını ildə iki min tonadək azaltmağa imkan verəcək.

Bizim.Media xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) energetika və infrastruktur naziri Süheyl əl-Mazrui Azərbaycanda inşa ediləcək 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının təməlqoyma mərasiminə həsr olunmuş mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan "yaşıl" enerji sahəsində öz siyasətini uğurla həyata keçirir və BƏƏ-nin bu prosesdə iştirak etməsi ikitərəfli strateji tərəfdaşlığın inkişafı üçün böyük əhəmiyyət daşıyır.

Nazir bildirib ki, bu layihənin reallaşdırılması 110 min yaşayış evini elektrik enerjisi ilə təchiz edəcək. Bundan başqa, tikinti materiallarının 20 faizi yerli bazardan satın alınacaq ki, bu da Azərbaycan müəssisələrinin inkişafı üçün çox vacibdir.
"Azərbaycan rəhbərliyi "yaşıl" enerjinin inkişafı üzrə işlər həyata keçirir və BƏƏ, o cümlədən "Masdar" şirkəti bu sahədə Azərbaycanı hər zaman dəstəkləyəcək", - deyə nazir bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin