“Azərbaycan-Ermənistan danışıqlarında 3-cü tərəfə ehtiyac yoxdur”  - Çavuşoğlu

Hazırda oxunan: “Azərbaycan-Ermənistan danışıqlarında 3-cü tərəfə ehtiyac yoxdur”  - Çavuşoğlu

64551

“Bölgənin sabitliyi üçün hər kəsin çalışması lazımdır. Bizim Azərbaycanla 3 və 4-lü formatda əməkdaşlıq mexanizmlərimiz var. Bir gün sülh olsa, niyə Ermənistan da bu formatlara qatılmasın? Fikrimcə, sülh sazişinə dair danışıqlarda 3-cü tərəfə ehtiyac yoxdur”.

Bizim.Media xəbər verir ki, bu fikirləri Antalya Diplomatiya Forumunun yekunlarına dair mətbuat konfransı zamanı Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu səsləndirib.

Onun sözlərinə görə, Azərbaycan və Ermənistan masa arxasında oturub danışmalıdırlar:

“Biz isə iki tərəf arasında sülh naminə atılacaq bütün addımları dəstəkləyirik”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin