Prezidentin köməkçisi: "Azərbaycan "3+3" platformasını dəstəkləyir"

Hazırda oxunan: Prezidentin köməkçisi: "Azərbaycan "3+3" platformasını dəstəkləyir"

64441

"Azərbaycan "3+3" platformasını dəstəkləyir və platformanın ilk iclası da keçirilib. Biz burada regional məsuliyyət prinsipindən çıxış edirik. Region ölkələri olaraq problemlərimizi özümüz həll etməliyik. Biz təkcə problem yox, əməkdaşlıq üçün də potensialı bir araya gətirməliyik".

Bizim.Media xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev söyləyib.

Onun sözlərinə görə, bunun bir nümunəsi kimi Azərbaycan, Türkiyə və İran arasında son nəqliyyat sazişini göstərmək olar: 

"Bu, hər üç ölkəyə, hətta regiondan kənarda olan Mərkəzi Asiyaya da geniş fürsətlər gətirəcək. Ona görə də bu platformada əməkdaşlıq üçün böyük imkanlar var. Hazırda digər bölgələrdə vaxtı uzadacaq problemlərin yarandığı üçün diplomatik kanallarla "3+3" formatında başqa harada görüşlərin keçirilə biləcəyi ilə bağlı əlavə təkliflər gözləyirik.

Növbəti görüşün Türkiyədə keçirilməsinə qərar verilmişdi, ancaq diplomatik kanallarla onun dəqiqləşdirilməsinə ehtiyac var".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin