Siyavuş Novruzov: “Mən deputatların maaşı haqda bir kəlmə deməmişəm”

Hazırda oxunan: Siyavuş Novruzov: “Mən deputatların maaşı haqda bir kəlmə deməmişəm”

6443

“Mən millət vəkillərinin əməkhaqqısının artırılması barədə bir kəlmə də olsun deməmişəm, söhbəti başqa məcraya aparmaq istəyənləri də yaxşı başa düşürəm".

Bu fikirləri Bizim.Media-ya açıqlamasında millət vəkili Siyavuş Novruzov bildirdi.

O, əlavə edib ki, Parlamentin dünənki iclasında "mənim çıxışımı əvvəldən axıra kimi düzgün verməyiblər. Qaldırdığım o qədər məsələnin müqabilində anlamadıqları hissədən yapışıblar”.

Millət vəkili deyir ki, mən orda məsələ qaldırmışam ki, işğal altından azad olunmuş torpaqlarımızın bərpa işləri başlayana qədər bunu faktlaşdırmaq lazımdır. Bunun üçün isə Azərbaycanın jurnalistləri, fotoqrafları, rejissor, ssenaristlərlə yanaşı, xariciləri də çağırmalıyıq və proses rəsmi olmalıdır.  

“Artıq 4-cü ölkədir ki, Dağlıq Qarabağla bağlı həqiqətdən uzaq qərar qəbul edir. “Dövlət başçımıza istinad edərək bildirmişəm ki, UNESCO, Avropa Şurası və digər təşkilatların üzvlər hardadır, gəlsinlər Zəngilan və digər rayonlardakı məscidlərin vəziyyətinə baxsınlar. Demişəm ki, Milli Məclisin büdcəsi daxilində bu sahəyə olan vəsait artırılsın və həmin insanlar Parlament hesabına dəvət olunsunlar”. 

Siyavuş Novruzovun sözlərinə görə, mətbu orqanların əksəriyyəti onun 5 dəqiqəlik çıxışına toxunmayıb və ancaq demədiyi bir məsələni qabardıb:

“Məni maraqlandıran odur ki, 5 çıxışımın heç biri verilməyib. Şəhid ailələri və Qarabağ qazilərinin kirayədə, pis şəraitdə qaldığını demişəm, I Qarabağ Savaşı və veteranları haqqında məsələ qaldırmışam ki, onları da unutmaq olmaz. Onların da müavinətlərinə nəzər salınmalıdır. Əfsuslar olsun ki, sırf  millət vəkillərinə aid bir yeri qabardıblar, onu da tərsə-mayallaq".

Siyavuş Novruzov müsahibəsinin sonunda bidirdi ki, mən bu cür məlumatları yaymaqda maraqlı olan adamları başa düşürəm, bu, birinci dəfə deyil, tədirgin də olmuram.

Anar Rəhimov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin