Ceyhun Bayramov Qırmızı Xaç Komitəsinin prezidenti ilə azərbaycanlı itkinlərin taleyini müzakirə etdi

Hazırda oxunan: Ceyhun Bayramov Qırmızı Xaç Komitəsinin prezidenti ilə azərbaycanlı itkinlərin taleyini müzakirə etdi

64420

Antalya Diplomatiya Forumunda iştirakı çərçivəsində nazir Ceyhun Bayramov Beynəlxalq Qırmızı Xaç Komitəsinin prezidenti Peter Maurer ilə görüşüb.

Bu barədə Bizim.Media-ya Xarici İşlər Nazirliyindən məlumat verilib.

Görüşdə Azərbaycan ilə BQXK arasındakı uzun illərdən bəri mövcud olan əməkdaşlığın cari vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Azərbaycanla BQXK arasında Ermənistanın 30 ilə yaxın davam edən hərbi təcavüzünün nəticələrinin aradan qaldırılması istiqamətində göstərilən fəaliyyət qeyd edilib. BQXK Prezidenti Azərbaycanla əməkdaşlığa açıq olduğunu və bu illər ərzində həyata keçirilən iş birliyindən məmnun olduqlarını ifadə edib.

Nazir Ceyhun Bayramov itkin düşmüş şəxslərlə bağlı məlumatın əldə edilməsi, o cümlədən 1990-cı ilin əvvəllərindən itkin düşmüş 4000-ə yaxın azərbaycanlının taleyinin müəyyən edilməsi üçün müvafiq işlərin davam etdirilməsinin vacibliyini vurğulayıb.
Görüşdə eyni zamanda, Azərbaycanın azad edilmiş ərazilərində mina məsələsi və bunun doğurduğu humanitar fəlakət məsələsi müzakirə mövzusu təşkil edib. Tərəflər, mina probleminin nəticələrinin aradan qaldırılmasında Azərbaycanın BQXK ilə mümkün əməkdaşlığı üzrə fikir mübadiləsi aparıblar.

Görüşdə tərəflər, həmçinin humanitar fəaliyyət ilə bağlı qarşılıqlı maraq doğuran məsələləri müzakirə ediblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin