“Fərqli formatlarla işləyirik. Altılıq formatına gəldikdə isə, tərəflər kommunikasiya xətlərinin açılması prosesində maraqlıdırlar. Zəngəzur dəhlizindən Azərbaycan və Ermənistan da faydalanacaq. Həmin dəhliz işə salınarsa, 6 ölkə üçün faydalı olacaq”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində “Cənub Qafqazda inklüziv sülhün perspektivi” mövzusunda keçirilən panel müzakirələrində deyib.
MÖVZU İLƏ BAĞLI:
“Ermənistanla diplomatik əlaqələrin bərpası üçün əlimizdən gələni edirik” – Ceyhun Bayramov
“Bəziləri Gürcüstanın bundan kənarda qalacağını deyir. Lakin bu, doğru deyil, Gürcüstan da dəhlizdən istifadə edə biləcək. Zəngəzur dəhlizi həyata keçsə, Gürcüstanın dəmir yolu bağlılığı olmadığı İranla dəmir yolu xətti açılacaq”, - nazir vurğulayıb.
Bizim.Media