Ceyhun Bayramov Venesuelanın xarici işlər naziri ilə görüşdü

Hazırda oxunan: Ceyhun Bayramov Venesuelanın xarici işlər naziri ilə görüşdü

64309

Bu gün Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində venesuelalı həmkarı Feliks Plasensiya Qonsales ilə görüşüb.

Bizim.Media Xarici İşlər Nazirliyinə (XİN) istinadən xəbər verir ki, XİN rəhbərləri ölkələr arasında ikitərəfli münasibətlərin gündəliyində duran məsələlər, habelə Qoşulmama Hərəkatı daxil olmaqla, çoxtərəfli platformalarda əməkdaşlıq məsələlərini müzakirə ediblər.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov BMT-nin Ali Komissarına məcburi köçkünlərimizin öz evlərinə qayıdışı haqda danışdı


Ölkələrimiz arasında bütün istiqamətlər üzrə əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivlərini vurğulayıblar və bu xüsusda, iqtisadi, ticarət və investisiya qoyuluşu, mədəni-humanitar sahələrdə əməkdaşlığın genişləndirilməsinin vacibliyi qeyd edilib.

Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyi və ölkə rəhbəri tərəfindən irəli sürülmüş qlobal əhəmiyyətli təşəbbüslərin təqdirəlayiq olduğu vurğulanıb.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran regional və beynəlxalq məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin