"İqtidar təzyiqləri sonrası Olay TV-nin heç bir ay olmadan bağlanması demokratiyamız adına utancdır".
Bizim.Media xəbər verir ki, bu fikirləri özünün "Twitter" səhifəsində Türkiyənin sabiq Xarici İşlər və Baş naziri olmuş Əhməd Davudoğlu bölüşüb.
"Nədən qorxursunuz ki? Azad jurnalistlərdən? Unutmayın ki, şübhəli işləri olanlar, kirli münasibətlərə malik, camaatı aldadanlar mediadan qorxur", - deyə Davudoğlu fikrini tamamlayıb.
Xatırladaq ki, 1959-cu ilin fevralın 26-da anadan olmuş Ə. Davudoğlu 2009-2014-cü illərdə Türkiyənin Xarici iİlər naziri, 2014-2016-cı illərdə Baş naziri vəzifəsini tutub.
2014-2016-cı illərdə hakim Ədalət və İnkişaf Partiyasınn sədri olub. 2016-cı ilin mayın 22-də Baş nazir vəzifəsindən istefa verib.
O, 2019-cu ilin sentyabrın 13-də Ədalət və İnkişaf Partiyası üzvlüyündən də çıxıb.
Anar Rəhimov, Bizim.Media
- A-
- A
- A+
Siyasət
10:32 / 26.12.2020
Əhməd Davudoğlu iqtidarı qınadı
Hazırda oxunan: Əhməd Davudoğlu iqtidarı qınadı
Hazırda oxunan: Əhməd Davudoğlu iqtidarı qınadı
6417
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.