Beynəlxalq təşkilatlara ünvanlanan Laçın dəhlizi MESAJI – Erməniləri qorxuya salan SƏBƏBLƏR

Hazırda oxunan: Beynəlxalq təşkilatlara ünvanlanan Laçın dəhlizi MESAJI – Erməniləri qorxuya salan SƏBƏBLƏR

64062

“Ermənistan çalışır ki, hərbi yolla vəziyyəti gərginləşdirsin. Görünür, bizim qələbəmiz indiyə kimi bunlar tərəfindən həzm olunmayıb. Biz hərbi, eyni zamanda diplomatik yollardan istifadə edirik, beynəlxalq təşkilatlara müraciətlər ünvanlayırıq. Faktlarla sübut edirik ki, təhlükəsizliyi pozan Ermənistandır”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində politoloq Fikrət Sadıxov bildirib.

Belə ki, Nazirlər Kabinetinin 2021-ci il üçün hesabatında öz əksini tapan Laçın dəhlizindən hərbi məqsədlər üçün istifadə edilməsi ilə bağlı beynəlxalq təşkilatlara ünvanlanan məktubları şərh edən politoloq regiondakı mövcud gərginliyin səbəblərinə də toxunub.
 

MÖVZU İLƏ BAĞLI:

İsrail prezidentinin Türkiyə səfərində Azərbaycan FAKTORU – Fikrət Sadıxovun ŞƏRHİ


“Bu cür vəziyyət Ermənistandakı müəyyən gücləri çox qıcıqlandırır.Düşünürəm ki, ermənilərin atdıqları addımlar da bu vəziyyətə reaksiyanın təzahürüdür. Onlar başa düşməlidirlər ki, biz hərbi və diplomatik yollarla cavabımızı  verməyə hazırıq”, - deyə politoloq bildirib.

Fikrət Sadıxovun sözlərinə görə, sülh müqaviləsinin imzalanması və Zəngəzur dəhlizinin açılması Ermənistanı narahat edir:

“İş orasındadır ki, biz hal-hazırda sülh müqaviləsinin imzalanmasına hazırlıq görürük. Eyni zamanda Zəngəzur dəhlizinin açılması da reallığa çevrilib. Bunu bir sıra regional dövlətlər və beynəlxalq strukturlar dəstəkləyir. Təbii ki, bu Ermənistanda bir sıra qüvvələri çox narahat edir. Onlar da bunun qarşısını almaq üçün təxribatlara əl atırlar. Burada məqsəd regionda stabilliyi pozmaq və Azərbaycanı günahlandırmaqdır. Bununla Azərbaycan haqqında “Bu Azərbaycanın regionda apardığı siyasətdir və məsləni dinc yolla həll etmək, sazişə imza atmaq mümkün deyil”, - fikirlərini dünyaya çatdırmaq istəyirlər”.

Politoloq qeyd edib ki, mövcud situasiyada Paşinyanın Fransaya səfəri də təsadüfi deyil:

“Ola bilsin ki, Paşinyanın özü müəyyən dərəcədə bu məsələdə normal vəziyyətin yaranmasını istərdi. Görünür, onun da əli-qolu bağlıdır. Düşünürəm ki, onun bu kontekstdə Ermənistanı dəsətkləyən və Qarabağ məsələsində İrəvanın maraqlarından çıxış edən Fransaya səfəri və Makronla görüşməsi və dəstək alması də təsadüfi deyil”.

Murad Əhmədov, Bizim.Media  


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin