Ceyhun Bayramov “Xəzər Siyasət Mərkəzi”nin üzvləri ilə görüşdü

Hazırda oxunan: Ceyhun Bayramov “Xəzər Siyasət Mərkəzi”nin üzvləri ilə görüşdü

63923

Xarici işlər naziri Ceyhun Bayramov ABŞ-ın müstəqil beyin mərkəzi olan “Xəzər Siyasət Mərkəzi”nin nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin (XİN) Mətbuat xidməti idarəsindən Bizim.Media-ya verilən məlumata görə, Ceyhun Bayramov nümayəndə heyətinə Azərbaycanın xarici siyasət prioritetləri, beynəlxalq hüququn norma və prinsipləri, xüsusilə də suverenlik, ərazi bütövlüyü və beynəlxalq sərhədlərin toxunulmazlığı əsasında dövlətlərlə ikitərəfli əlaqələrin inkişafı, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, habelə Azərbaycanın sədrlik etdiyi qurumlarda fəaliyyət, pandemiya ilə mübarizədə beynəlxalq səylərə dəstək, Azərbaycanın bu xüsusda irəli sürdüyü beynəlxalq təşəbbüslər və digər məsələlər ilə bağlı qarşı tərəfi məlumatlandırıb.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov iranlı həmkarı ilə Ukraynadakı vəziyyəti müzakirə etdi


Nazir bölgədə baş verən son hadisələr, o cümlədən münaqişə sonrası yaranan yeni vəziyyət, iki ölkə arasında münasibətlərin normallaşması üçün imkanın yaranması, üçtərəfli bəyanatların icrası ilə bağlı məsələlər, azad edilmiş ərazilərdə bərpa və yenidənqurma prosesinin həyata keçirilməsi barədə ətraflı məlumat verib.

Görüşdə ikitərəfli münasibətlərin inkişafı, diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd olunması, enerji sahəsində əməkdaşlıq, regional təhlükəsizlik məsələləri, o cümlədən Ukraynadakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin