İlham Əliyev təcili Ərdoğanla niyə görüşür? – Tofiq Zülfüqarovdan DETALLAR 

Hazırda oxunan: İlham Əliyev təcili Ərdoğanla niyə görüşür? – Tofiq Zülfüqarovdan DETALLAR 

63783

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyevin martın 10-da Türkiyəyə rəsmi səfər edəcəyi gözlənilir.

Dünyada davam edən proseslər fonunda Prezidentin Ankaraya səfəri və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla hansı məsələləri müzakirəyə çıxaracağı böyük maraq doğurur.

Məsələ ilə bağlı Bizim.Media-ya danışan keçmiş xarici işlər naziri Tofiq Zülfüqarovun sözlərinə görə Azərbaycanla Türkiyə arasında gündəmdə olan məsələlər çoxdur:
 

MÖVZU İLƏ BAĞLI:

"Azərbaycan prezidenti Türkiyəyə səfər edəcək" – Ərdoğan AÇIQLADI


“Əlaqələr o qədər genişdir ki, ölkələr arasında əməkdaşlıq üçün sahələr də çoxdur. Müzakirələrdə iqtisadi və siyasi sahələri əhatə edən mövzular gündəlikdə ola bilər. Təbii ki, bunların arasında beynəlxalq gündəmdə olan məsələlər də mövcuddur. Çünki Ukraynada baş verən hadisələr, Rusiya-Qərb gərginliyi geniş müzakirələrin aparılmasını və siyasətin kordinasiyalı şəkildə həyata keçirilməsini zəruri edir. Hesab edirəm ki, əsas məntiqə uyğun olaraq məhz bu mövzular müzakirəyə çıxarılacaq”.

Sabiq nazir İsrail Prezidenti İsaq Hersoqun ziyarətinin ertəsi günü İlham Əliyevin Ankaraya səfərini də şərh edib:

“Təbii ki, iki səfər arasında əlaqə mövcuddur. İsraillə əlaqələr də prezidentlərin görüşündə müzakirə mövzusu ola bilər. Azərbaycanla İsrail arasında münasibətlər kifayət qədər yaxşıdır. Əslində, Türkiyənin də İsraillə münasibətləri çox yaxşı idi. Sadəcə olaraq böhran yaşandı və indi bu böhrandan çıxmaq niyyəti həm İsrail, həm də Türkiyə tərəfindən nümayiş etdirilir”.
 

Tofiq Zülfüqarovun da qeyd etdiyi kimi, tərəflər arasında müzakirə olunacaq məsələlər, xüsusilə də, dünyada davam edən proseslər fonunda xeyli çoxdur.


Bundan əlavə, son günlərdə Qarabağın Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərində separatçıların yenidən fəallaşması və Türkiyənin bölgədə rolunun artması məsələsi də danışıqların gündəliyinə salına bilər.

Murad Əhmədov, Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin