Əziz Əlibəyli: “Avropanın təzyiqləri Dağlıq Qarabağda rus sülhməramlılarının əlini gücləndirir”

Hazırda oxunan: Əziz Əlibəyli: “Avropanın təzyiqləri Dağlıq Qarabağda rus sülhməramlılarının əlini gücləndirir”

6373

''Dağlıq Qarabağ münaqişəsinə Avropanın mövqeyi həmişə müxtəlif olub, çünki regional baxışda maraqları üst-üstə düşən ölkələr var. Onlar öz siyasətlərinə uyğun olaraq heç də vahid platformadan çıxış etmirlər''.

''Ancaq istisnalar da var. Misal üçün, İtaliyanın adını çəkək.  Bu ölkə Azərbaycanla hərbi əməkdaşlıq və strateji münasibətlərdə olub. Həmçinin, Böyük Britaniya ilə də əməkdaşlıq edirik. Almaniya isə bu siyasətin vahid pəncərədən idarə olunmasına isti baxmayıb''.

Bunu Bizim.Media-ya açıqlamasında Beynəlxalq münasibətlər üzrə şərhçi Əziz Əlibəyli bildirdi. 

Əlavə etdi ki, bizə qarşı yönələn qətnamələrdə Fransanın rəhbərlik etdiyi qüvvələr var:

''Onlar bitmiş prosesi yenidən davamlı şəkildə qabardırlar. Bu siyasətdə bir neçə məsələnin olduğu aydın görünür. Birincisi, Azərbaycana qarşı yönələn qətnamələrin tezisi Parisdən yayılır. Fransanın buradakı məqsədi isə, təkcə Ermənistanın maraqlarını müdafiə etməkdən ibarət deyil''.

''Fransızların əsas arqumenti Türkiyəyə zərbə vurmaq yanaşmasının üzərində dayanır''.

''Pis bir məqam var ki, onların bu cür təsir və təzyiqləri Dağlıq Qarabağda rus sülhməramlılarının əlini gücləndirir. Hadisələrin belə gedişatı prosesi Rusiya sülhməramlılarının qucağına itələyir''. 

Qətnamələri yalnız Avropa ölkələrinin Ermənistana sevgisi kimi təqdim etməyin yanlış olduğunu deyən Əziz Əlibəyli burada Türkiyə və hər zaman onun yanında yer alan Azərbaycana təsiri önə çəkdi. Bununla yanaşı, pərdə arxasında Rusiyanın da maraqlarının olduğunu dedi.

''Hesab edirəm ki, maraqlar daha geniş götürülüb. Arxa fonda Rusiyanın maraqları da var. Bu maraqlar isə gələcəkdə sülhməramlııların daha böyük səlahiyyətlərə sahib olmasını şərtləndirir. Qeyri-rəsmi məlumatlara görə, Dağlı Qarabağda Rusiyanın müxtəlif xarakterli hərbçilərinin sayı 8 min civarındadır''.

''Bu rəqəmin 2 minini sülhməramlılara aid etsək, başqa missiyalarda xidmət edən əməkdaşlar da var''.

''Bura Səhiyyə, FHN və s. əlavə etmək olar. Yeri gəlmişkən, qonşu ölkənin rəhbəri açıqladı ki, müraciətlər var və ehtiyac olarsa, əlavə qüvvə göndərilə bilər. Burada Azərbaycanın Hadrutda həyata keçirdiyi anti-terror əməliyyatına istinad olundu''. 

Anar Rəhimov, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin