Moderator.az iki gün öncə Ermənistanın fitnəkar siyasətinin alətinə çevrilmiş bəzi üzdəniraqların talış xalqının heysiyyatı ilə oynamasına etiraz edən "Rembo" ləqəbli Birinci Qarabağ savaşı əlilinin harayını ictimailəşdirmişdi.
Həmin yazının linki burada---moderator.az/?xeber=63521
Onun bu çağırışına çoxsaylı dəstək gəldi. İndi də daha bir müraciət saytın poçtuna göndərilib və müəllif talış xalqını sayıqlığa, baş verən rüsvayçılığa mövqe bildirməyə səsləyir:
"Hörmətli redaksiya, “Əgər talış xalqından bir talış gənci belə həyatda qalarsa”x9d məqaləsi ilə bağlı mövqeyimi ictimaiyyətə çatdırmağınızı xahiş edirəm.
Bu dəlilikdir! Bunun başqa adı yoxdur. Ermənistandan, Rusiyadan və yaxud qeyri bir ərazidən yayımlanmasına baxmayaraq. “Talışın ilk televiziyası”x9d adlı bu oyunun arxasında kimlərin durduğu videomaterialın özündən görünür. Təxibatdır! Xalqının taleyində ilkə imza atmaqdan və xalqının mədəniyyətinə xidmət etməkdən ötrü televiziya açmaq istəyən Talış, Talışın işıqlı ziyalılarından xeyir-dua almalıydı! Heç vaxt demərəm get Hadı Rəcəblidən xeyir-dua al, amma İltifat Salehdən, Mehman Qaraxanoğlundan, Ağamir Cavaddan, Yədulla Ağazadədən, Mirhaşım Talışlıdan, Kamal Kələntərlidən, Sərhad Məmmədovdan, Anar Həbiboğlundan..., bu siyahını uzun uzadı davam etmək olar, xeyir-dua almaq olmazdımı? Xeyr, çünki bu insanları Lənkəranlılar, talışlar gözəl tanıyır və hörmət edirlər, xeyir-dualarına ehtiyacları var. Təkəbbürlərinin içində itən təxribatçılar isə bu insanları heç tanımırlar! Çünki onların işığı təxribatı cəmiyyətə təqdim etmək gücünə malikdir. Yarasa işıqdan qaçdığı kimi təxribatçılar da onlardan qaçırlar. Əgər sən xalqın ziyalısını tanımırsansa onun mədəniyyətinə, elminə, gələcəyinə necə xidmət edə bilərsən? Talış yoxsa bircə yaradıcılığına hörmət etdiyimiz Əli Nasirlə bitir? Əcaba, özünü xalqın gözündən salmış təxribatçıların, separatçıların verdiyi xeyir-dua sizə nə verəcək?
Birdə ki, talışa bu cür xidmət kimə və nəyə lazımdır. Güya ki, talış dilinə yeni termin daxil edilir. Paradoksa baxın bir! Televiziya talış dilinə “vindəsədo”x9d kimi tərcümə edilərək təqdim edilir. Bu nə deməkdir? Bütün dünya teviziyaya televiziya deyir, burada isə ona “vindəsədo”x9d! Tərcüməsi vində-görür, sədo-səs deməkdir. Yəni “görür səs”x9d deməkdir. Bunun harası televiziya oldu? Heç dilin qramatikasına belə uyğunlaşdırılmadan bu üzdəniraq termini zor gücünə xalqa necə sırımaq olar?
Mən talışam! Ümummili lider Heydər Əliyevin “Hər kəsin milli mənsubiyyəti onun qurur mənbəyidir!”x9d fikrinə tam haqq qazandıraraq mən də milli mənsubiyyətimlə həmişə fəxr etmişəm, indi də fəxr edirəm. İqtidara da yarınmıram. Ona görə yox ki, Taleh Qaraşovun qəzəbinə tuş gələrək hər şeyimi itirmişəm, ona görə ki, talışlar üçün, övladlarımız üçün narahatam. Düşmən təxribatına uyan, onların ustalıqla qurduqları hörümçək toruna düşənlər erməniyə yem olmaqdan başqa heç nə əldə bilməyərək məhv olacaqlar. Ermənilər artıq uduzduqlarını başa düşür və sabun köpüyünə əl atırlar. Bu işdən də bir şey çıxmayacaq. Müasir dövrdə televiziyanın fəaliyyətini təmin etməkdən ötrü bəlli məbləğdə vəsait tələb olunur. Bu məbləği ermənilər verməyəcək, çünki sadəcə olaraq onların pulları yoxdur. Bu təxribat xarakterli fəaliyyəti isə heç bir imkanlı talış dəstəkləməz.
Əvvəlcədən naşılıqla hazırlanmış mətnlər talış dilini bilməyən adamlar tərəfindən hıqqana-hıqqana oxunmaqla təqdim olunur. Mən belə, talış olaraq talış dilini gözəl bildiyimə baxmayaraq mətnin böyük hissəsini anlamaqda çətinlik çəkirdim. Bəzi televiziyalarımız kimi nə əcəb aparıcıların sırasında qara dərilinin olmadığını görəndə bir qədər heyrət də etdim.
Vallah bu iş olmadı,ürək bulandırmaq oldu.
Təqdimat üçün demək istəyirəm ki, mən məşhur “Lənkəran”x9d mahnısının müəllifi mərhum şair Həbib Səfərovun oğluyam. Yadımdadır, hələ 1989-cu ildə talışlarla bağlı bir şox söhbətlər ortaya düşərkən atam "bu söhbətlər talışa dərddən başqa heç nə gətirməyəcək" demişdi.
Mən hər bir talışa üzümü tutub deyirəm: qoymayın övladlarımızın beynini zəhərləsinlər! Sözünüzü deyin, mövqeyinizi ortaya qoyun!"
Məmməd Həbib (Səfərov Məmməd Həbib oğlu)
şair, müəllim.
Tel:0515588067

































































































