Ermənistan hökuməti Azərbaycanla sülh sazişinin imzalanması məsələsini prioritet hesab edir.
Bizim.Media xəbər verir ki, bu barədə respublikanın Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan bildirib.
"Ermənistan hökuməti Ermənistan üçün dinc inkişaf erası açmaq strategiyasını qəbul edib və təbiidir ki, bu istiqamətdə addımlar atmağa hazırdır. Konkret sülh sazişinin imzalanmasına gəlincə, bu, dəfələrlə iclasda bəyan edilib. Bu, hökumətin gündəmindəki prioritetlərdən biridir və ən yüksək səviyyədədir" deyə o, qeyd edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanla sülh sazişi ilə bağlı Paşinyandan MÜHÜM AÇIQLAMA
Bundan əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan bəyan edib ki, Ermənistanla Azərbaycan arasında sülh müqaviləsi imzalanmalı, lakin sənəd öncə keçirilən danışıqlar nəticəsində formalaşmalıdır.
O, danışıqların aparıldığını və Ermənistan buna hazır olduğunu deyib.
Bizim.Media