Siyasi partiya lideri: \"Doğum sayındakı oynamanın müxtəlif səbəbləri olur\"

Hazırda oxunan: Siyasi partiya lideri: \"Doğum sayındakı oynamanın müxtəlif səbəbləri olur\"

6353

70 ildə ilk dəfədir ki, Azərbaycanda doğulanların sayı 100 mini keçməyə bilər, hətta bəlkə 80-90 minə düşdü. Söhbət 2021-ci ildən gedir. Sonuncu dəfə belə hal 1950-ci ildə olub. Səbəb – sərt karantin məhdudiyyətləridir.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində ReAL partiyasının sədri İlqar Məmmədov səsləndirib.

“Son 50 il ərzində ən çox uşaq 1991-ci ildə (190 min), ən az isə 2001-ci ildə doğulmuşdu (110 min). Son beşillikdə orta hesabla hər il 140-150 min uşaq doğulurdu.

Doğum sayındakı oynamanın müxtəlif səbəbləri olur, o cümlədən əvvəlki müharibələrin və digər şokların demoqrafik dalğaları.

Amma ən çox təsir edən amillərdən biri nikah sayıdır. Bu amilin təsiri getdikcə daha da artır, çünki əvvəllər ailələr 2-4 uşaq dünyaya gətirirdisə, indi 1-3 uşaqla kifayətlənir.

Nikah sayı son 5 il ərzində ildə 62-68 min arasında olub. Amma 2020-ci ilin 10 ayında heç 30 minə çatmadı.

Bu isə, gələn il doğulmayan on minlərlə birinci uşaq deməkdir.

O ki qaldı ikinci uşağa, sərt karantin rejimi yüz minlərlə vətəndaşı işsiz, çətin iqtisadi durumda qoyduğu bir halda onların mart ayından bu yana evdə qalıb ikinci uşaq planlaşdırmaları heç inandırıcı gəlmir.

Beləliklə, sərt karantin bir tərəfdən diriləri qorumur (həm də öldürür, çünki onun özünün ayrıca öldürücü gücü zəif deyil), digər tərəfdən isə uşaqların doğulmasının qarşısını çox təsirli şəkildə alır.

Sözü gedən azalma baş verərsə, dövlət hər ailədə ikinci uşağın doğulmasını həvəsləndirən yeni sosial dəstək paketi ilə çıxış etməlidir və bu mövzunu diqqət mərkəzində saxlamalıyıq”, İlqar Məmmədov bildirib.



Bizim.Media


 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin