“Azərbaycan-Türkiyə münasibətləri hər zaman sıx olub” – Ceyhun Bayramov 

Hazırda oxunan: “Azərbaycan-Türkiyə münasibətləri hər zaman sıx olub” – Ceyhun Bayramov 

63301

“Türkiyə və Azərbaycan arasında dostluq, qardaşlıq, strateji tərəfdaşlıq və müttəfiqlik münasibətləri hər zaman sıx olub. Dövlət başçılarının sayəsində bu birlik hazırda ən yüksək səviyyədədir”.

Bizim.Media xəbər verir ki, bunu bu gün Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu ilə görüşdən sonra keçirilən brifinqdə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov bildirib.
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov və Mövlud Çavuşoğlu arasında görüş başladı


“44 günlük savaş Azərbaycan-Türkiyə qardaşlığının daha bir təzahürü oldu. Türkiyənin dəstəyi bizə əlavə güc verdi, ruhlandırdı. Müharibə başa çatdıqdan dərhal sonra razılaşmaların icra edilməsində, eyni zamanda, Birgə Monitorinq Mərkəzində Türkiyə iştirak etdi. Türkiyə şirkətləri bərpa-quruculuq işlərində də iştirak edir” – deyə Ceyhun Bayramov qeyd edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin