Əslində Rusiya Ukraynadan nə istəyir?

Hazırda oxunan: Əslində Rusiya Ukraynadan nə istəyir?

63185

Bu gün Rusiya-Ukrayna müharibəsinin artıq 10-cu günüdür. Vəziyyətin kritik dinamikasını tərəflərin hələ də ümumrazılığa gəlməməsində görmək olar. Beynəlxalq hüquq qanunlarının saniyəbəsaniyə heçə sayıldığı siyasi arenada hər iki mövqe tərəfindən müxtəlif sayda iddialar qaldırılmaqdadır. Fövqəladə situasiyanı analiz etmək üçün hansı geosiyasi substantların Rusiyanı Ukraynaya qarşı zor güc tətbiqinə məcbur etdiyini aydınlaşdırmaq lazımdır.

Bizim.Media xəbər verir ki, millət vəkili Hikmət Babaoğlu məsələni belə şərh edib:
 

MÖVZU İLƏ BAĞLI:

"Rusiya sülh istəyən hər kəslə dialoqa açıqdır” - PUTİN


“Hazırki mürəkkəb beynəlxalq  şəraitdə hər bir dövlət öz təhlükəsizliyini təmin etmək üçün ən doğru hesab etdiyi qərarları almaq məcburiyyətində qalır”.

Politoloq qeyd edir ki, yeni dünya nizamının formalaşmaqda olduğu bu kritik mərhələdə qəbul edilən qərarlar da çətin olur.

“Ona görə ki , gözümüzün qabağında dünyanın yeni təhlükəsizlik arxitekturası formalaşır və hər bir dövlət öz təhlükəsizliyin necə təmin olunmasının müxtəlif yollarını əsaslandıraraq elə bu istiqamətdə də qərarlar qəbul edir. Biz bilirik ki, bəzi güc mərkəzlərinin təhlükəsizlik anlayışları sadəcə onların özlərinin təhlükəsizlik maraqları ilə məhdudlaşır. Bu isə digər aktorlar tərəfindən ədalətli yanaşma kimi qəbul edilmir .
 

Çünki təhlükəsizlik məsələsinə sadəcə öz təhlükəsizliyi kontektində baxanlar bəzən öz təhlükəsizlik manifestlərinin digərlərinin təhlükəsizliyi üçün təhdid yaratdığını görmürlər. Nəticədə də hazırda şahidlik etdiyimiz Rusiya-Ukrayna müharibəsi kimi  acı reallıqlar yaranır”.


Rusiya və MDB məkanının təhlükəsizliyi.

Hikmət Babaoğlu xüsusi olaraq vurğulayır ki, qlobal imperializm çoxdan bəridir ki, postsovet məkanında yeni Yaxın Şərq yaratmaq istəyirdi.

“Bu məkan bütün postsovet xalqlarının ortaq məkanıdır. Ona görə də bu ortaq məkanın təhlükəsizliyinin təmin edilməsi də ortaq alınan qərarlarla, milli təhlükəsizlik maraqlarının uzlaşdırılması ilə mümkün ola bilərdi. Əslində, Rusiya Federasiyası bununla bağlı dəfələrlə fikir bəyan edərək müxtəlif çağırışlar etmişdi. Ancaq bu diqqətə alınmadı. Ona görə də Rusiya təhlükəsiliyinə təhdid hesab etdiyi vəziyyəti dəyişməklə bağlı  qəti və çətin bir qərar almalı oldu.
 

Qlobal imperializm isə vəziyyətin bu cür inkişafından tamamilə məmnun görünür. Çünki nə Rusiya nə də Ukrayna qərblilərin gözündə “mühafizə olunan cəmiyyət” sərhədlərinə daxil deyil”.


Politoloqun sözlərinə görə, Qərbin mənimsədiyi Hantinqton siyasi fəlsəfəsinə görə sivilizasiyaların qarşıdurması mübarizəsində əks sivilizasiyada yer alır. Müharibə artıq dövlətlərin deyil, əks və eləcə də, eyni mənşəyə sahib mədəniyyətlərin müharibəsidir.

“Ona görə də Rusiya təhlükəsizlik maraqları uğrunda savaşı öz sərhədlərindən kənarda aparmalı olur”.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin