Arye Qut “Qarabağın qara kitabı”nın təqdimatında Xocalı soyqırımından DANIŞDI - FOTO 

Hazırda oxunan: Arye Qut “Qarabağın qara kitabı”nın təqdimatında Xocalı soyqırımından DANIŞDI - FOTO 

63179

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki rəsmi nümayəndəliyi, “İsraildə Azərbaycan evi” və beynəlxalq “IRS Magazine” jurnalı Xocalı soyqırımının 30-cu ildönümü münasibətilə İRS jurnalının ivrit dilində nəşrinin və İkinci Qarabağ müharibəsində Azərbaycanın böyük Qələbəsinə həsr edilmiş “Qarabağın qara kitabı” adlı kitabın təqdimatını keçirib. 

Bizim.Media xəbər verir ki, “İsraildə Azərbaycan evi”nin icraçı direktoru, beynəlxalq münasibətlər sahəsində ekspert Arye Qut bu məlumatı “Thej.ca” Kanada-İsrail media platformasına müsahibəsində açıqlayıb. 

Tədbirdə israilli siyasi və ictimai xadimlər, beynəlxalq “IRS-Heritage” jurnalının baş redaktoru Musa Mərcanlı, “PASHA Life Insurance” şirkətinin İdarə Heyətinin sədri Niyaz İsmayılov, İsrail Knessetinin deputatı Elina Bardaç-Yalova və Azərbaycan Milli Məclisinin deputatı Anatoli Rafailov, habelə İsrailin Azərbaycan icmasının nümayəndələri iştirak ediblər. 

Arye Qut bildirib ki, Xocalıda törədilmiş amansız soyqırım aktı XX əsrin sonunda baş vermiş ən dəhşətli faciələrdən biri olub.

Ekspert bu hadisələri beynəlxalq hüquq normalarına əsasən soyqırımı aktı adlandıraraq əlavə edib ki, Xocalının dinc sakinlərinin məhv edilməsinin yeganə səbəbi onların azərbaycanlı olması idi.  
Ekspert o dəhşətli, insanlığa zidd qırğının qəddar və amansız səhnələrinin Azərbaycan xalqının qəlbində silinməz iz kimi qalacağını vurğulayıb.

İsrailli ekspert nüfuzlu “Thej.ca” Kanada-İsrail media platformasına müsahibəsinin sonunda deyib:

“Heç bir təqsiri olmayan azərbaycanlılara qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş soyqırımı aktı nəticəsində həmin insanların həyatı yarımçıq qalıb. İnsanlığa qarşı bu dəhşətli cinayəti törədənlər beynəlxalq məhkəmələr tərəfindən məsuliyyətə cəlb edilməyib, onların cinayətləri cəzasız qalıb. Xocalıya ədalət zəfər çalmayınca, həmin qırğının qurbanlarının ruhu rahat olmayacaq”. 

Bizim.Media





© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin