“İlham Əliyevin siyasi məharəti bölgəmizi məhv olmaqdan qoruyub” – Zahid Oruc 

Hazırda oxunan: “İlham Əliyevin siyasi məharəti bölgəmizi məhv olmaqdan qoruyub” – Zahid Oruc 

63101

“Ölkə prezidentinin 12 yanvar 2022-ci il tarixində 4 media təmsilçisinə müsahibəsində beynəlxalq siyasi arxitekturanın çökməsindən bəhs etməsi indi baş verən qlobal toqquşmaları öncədən gördüyünü sübut edir”.  

Bizim.Media xəbər verir ki, bu fikirləri millət vəkili Zahid Oruc Milli Məclisdə çıxışı zamanı səsləndirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisin iclası BAŞLADI – 11 məsələ müzakirə olunur


Deputat fikirlərini bu cür davam etdirib: 

"Dövlət rəhbəri bildirmişdi ki, biz yeni qurulacaq arxitekturaya hazırıq. Prezidentdən sitat: ”Əgər dünya ənənəvi yollarla inkişaf etsə - halbuki, mən buna inanmıram - yenə də hazırıq”. Göründüyü kimi, prezident bizi hansı gələcəyi gözlədiyini yaxşı bilirdi. 

Ona görə də Rusiya-Ukrayna müharibəsi fonunda dünyada təhlükəsizliyin son 75 ildə ən aşağı səviyyəyə düşdüyü şəraitdə, Azərbaycan dövlətinin yürütdüyü siyasət müstəsna əhəmiyyət daşıyır. 

Təkcə son bir ayda, dövlət rəhbərinin Ukraynaya və Rusiyaya səfərləri, yalnız ölkəmizin suverenliyinin təminatı deyil, həm də hazırda dünyanın təhlükəsizliyini sarsıdan, böyük humanitar, iqtisadi və hərbi fəlakətə yol açan müharibənin baş verməməsi üçün dürüst, ləyaqətli çalışmalar kimi tarixdə qalacaq.

Axı ölkəmizin son 30 ildə iki böyük müharibəyə çəkilməsi xalqımızı daha da məsuliyyətli və soyuqqanlı qərarlara hazırlayıb, dünyanı yenidən bölüşdürən qüvvələrdən fərqli olaraq, biz başqa müharibələrdə mənfəət axtarmırıq, ona görə də yalnız Azərbaycan və Türkiyə davamlı sülh təşəbbüsləri ilə çıxış edir, bəşəriyyətin varlığını təhdid edən nüvə savaşına yol verilməməsi üçün Rusiya və Ukrayna ilə eyni masada əyləşməyə haqq qazanır. 

İndi xalqımız daha aydın görür ki, ikinci Qarabağ müharibəsinin Amerika-Rusiya-Fransa-Türkiyə-İran arasında beynəlmiləl savaşa çevrilməməsi üçün İlham Əliyevin siyasi məharəti bölgəmizi məhv olmaqdan qoruyub, Qarabağı 90-cı illərdə olduğu kimi qlobal toqquşma meydanı olmaqdan xilas edib.

Heç olmasa, indi klavatura qəhrəmanları qələbəmizin əsil səbəblərini dərk edirlərmi?

Son bir ayda, Şuşa bəyannaməsinin ratifikasiyası, Avropa Birliyinin ölkəmizə yardımla bağlı mövqeyini dəyişərək, 2 milyard avroluq qərar çıxarması, YUNESKO-nun ölkəmizə humanitar təzyiqin alətinə çevrilməsinə qarşı Azərbaycanın israrlı mövqeyinin nəticə verməsi, Avropanın enerji üzrə yüksək çinli təmsilçilərinin Bakıya səfərləri, Azərbaycanın müdafiə nazirinin İrana gedərək bağladığı müqavilələr, NATO Baş katibinin prezidentə telefon açması hamısına  bir tabloda baxdığımızda regional təhlükəsizlik üçün dövlətimizin həyata keçirdiyi yüksək siyasi-diplomatik çalışmalardır.

Nəhayət, dünən Ermənistan rəhbərinin sülh müqaviləsinə hazırlığını bildirməsi bizdən sonra Rusiya-Ukrayna arasında da eyni müqavilənin bağlanacağına kövrək ümid yaradır. 

Deyilənləri ümumiləşdirsək, Azərbaycanın aktiv xarici siyasətinin milli maraqlarımızı qorumağa xidmət etdiyini, dövlətimizi emosional, yaxud xarici təzyiqlə deyil, müstəqil qərar verməsinə təminat yaradır.
Dünyada hansı yeni ittifaqlar, yaxud bloklar qurulsa da ölkəmizin taleyinin Gülüstan və Türkmənçay, yaxud sovetlər birliyi yaranması və dağılması zamanından fərqli yalnız xalqımızın və dövlətimizin rəyi ilə həll olunacağına dərin inam yaradır". 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin