Azərbaycanın Ukraynadakı səfiri Elmira Axundovanın Rusiya-Ukrayna gərginliyi fonunda iş başında olmaması müxtəlif müzakirələrə səbəb olub.
Bizim.Media xəbər verir ki, xanım diplomatın sözügedən ölkədə çətin durumda qalan azərbaycanlıların ehtiyac duyduğu anda ortalıqda görünməməsi etiraz və narazılığa səbəb olmuşdu.
Elmira Axundovanın işdə olmamasının səhhətində yaranan problemlə əlaqəli olduğu üzə çıxıb.
Bizim.Media xəbər verir ki, bu barədə Ukraynadan qayıdan jurnalist Eynulla Fətullayev məlumat verib.
Onun sözlərinə görə, səfir çox ağır əməliyyatdan çıxıb, və səhhəti ona prosesdə fəal iştirak etməyə imkan vermir:
“Yazmaq istəmirdim, amma yazacağam. Səfir Elmira Axundovaya qarşı ədalətsiz və sərt münasibət bəsləyirik. Təxminən bir ay öncə Elmira xanım Türkiyədə ağır onkoloji əməliyyatdan çıxıb. Amma ağır xəstəliyə və ağrılara rəğmən prezidentin Kiyevə səfəri öncəsi öz xidməti vəzifəsinin icraatına dönüb. Mən bunu bilirəm. Hətta məşhur jurnalist Qordonla görüşdən sonra Elmira xanım gözümün qarşısında kəskin ağrılardan əziyyət çəkdi. Elmira xanım məğrurluğuna sığışdırmır, bunları söyləmir. Qadındır. Amma mən ondan icazəsiz (yəqin bağışlayar) deyəcəyəm. Elmira Axundovanın sağlamlığı imkan versəydi vəzifə başında olardı”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:11 / 04.03.2022
Azərbaycanın Ukraynadakı səfiri niyə iş başında deyil? – Səbəb üzə çıxdı
Hazırda oxunan: Azərbaycanın Ukraynadakı səfiri niyə iş başında deyil? – Səbəb üzə çıxdı
Hazırda oxunan: Azərbaycanın Ukraynadakı səfiri niyə iş başında deyil? – Səbəb üzə çıxdı
63069
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.