Türkiyə ilə İsrail əlaqələri normallaşdıracaq - PROQNOZ

Hazırda oxunan: Türkiyə ilə İsrail əlaqələri normallaşdıracaq - PROQNOZ

6303

Türkiyə ilə İsrail arasında diplomatik əlaqələr mart ayının sonundan normallaşa bilər.

Bizim.Media xəbər verir ki, bu barədə “CNNTürk” İsrail mediasına istinadla yazıb.
Bildirilib ki, hər iki ölkə səfir təyinatları həyata keçirə bilərlər.

Belə ki, ABŞ Prezidenti Donald Trampın Qüdsü İsrailin paytaxtı olaraq tanıması və İsrail təhlükəsizlik qüvvələrinin fələstinli etirazçılara qarşı müdaxiləsindən sonra Türkiyə və İsrail səfirlərini qarşılıqlı olaraq geri çağırıb.

Yazıda Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyə ilə İsrail arasındakı əlaqələrin normallaşmasına vasitəçilik etdiyi iddiası da yer alıb.

Məlumata görə, Türkiyə lideri Rəcəb Tayyib Ərdoğanla telefon danışığı zamanı Prezident İlham Əliyev müsbət cavab alıb.

İsrailli rəsmilər ikitərəfli münasibətlərin normallaşması üçün "açarın" Prezident Ərdoğanın əlində olduğunu söyləyiblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin