Vəkil Elçin Namazov həbs edildi

Hazırda oxunan: Vəkil Elçin Namazov həbs edildi

62940
Noyabrın 25-də Xətai rayon məhkəməsinin qərarı ilə Elçin Namazov 15 sutka həbs olunub. O polisin qanuni tələbinə əməl etməmədə suçlanır. Bu haqda AzadlıqRadiosuna qardaşı Əkrəm Namazov məlumat verib. Onun sözlərinə görə, E.Namazovun ofisində axtarış aparılıb, bütün məhkəmə və digər sənədləri götürülüb. Elçin Namazov Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanır. Vəkilin onunla görüşünə imkan yaradılmayıb.

2011-ci ilin sentyabrında Vəkillər Kollegiyasının qərarı ilə E.Namazov vəkillikdən uzaqlaşdırılıb. Qərarda onun məhkəməyə hörmətsizlik edib, vəkillik etikasını pozduğu göstərilib. E.Namazov sözügedən məhkəmədə 2 aprel aksiyaçılarının hüquqlarını müdafiə edirdi.

E.Namazov Kollegiyanın bu qərarını qərəzli, müstəqil vəkillərin susdurulması, çıxdığı siyasi işlərlə bağlı olduğunu hesab edib. Vəkillikdən uzaqlaşdırılandan bəri E.Namazov məhkəmədə hüquqi nümayəndə kimi çıxırdı.

Səxavət Cabbarov
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin