Belçikanın paytaxtı Brüsselin İxelles bələdiyyəsi Dağlıq Qarabağla bağlı qərar layihəsi hazırlayıb.
Diasporla İş üzrə Dövlət Komitəsindən Bizim.Media-ya verilən məlumata görə, Brüsseldə yaşayan Azərbaycan icmasından bildirilib ki, qərar layihəsinin ilkin versiyasında ölkəmizə qarşı qərəzli mövqe ifadə olunub.
İcma üzvlərinin İxelles bələdiyyə rəhbərliyinə ünvanladığı müraciət, eləcə də keçirilən görüşlər nəticəsində ədalətli yanaşma təmin edilib və qərarın mətninin dəyişdirilməsinə nail olunub.
Xatırladaq ki, Brüsselin 19 bələdiyyəsindən biri olan İxelles bələdiyyəsi paytaxtın mərkəzi hissəsində yerləşir. 90 min nəfərə yaxın əhalisi olan bu ərazidə 170-dən çox xarici ölkənin vətəndaşı məskunlaşıb.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
09:53 / 25.12.2020
Belçika bələdiyyəsi Qarabağla bağlı qərarını dəyişdi
Hazırda oxunan: Belçika bələdiyyəsi Qarabağla bağlı qərarını dəyişdi
Hazırda oxunan: Belçika bələdiyyəsi Qarabağla bağlı qərarını dəyişdi
6287
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.