Çavuşoğlu Soçiyə gedəcək – Lavrovla görüşdə Qarabağ müzakirə olunacaq

Hazırda oxunan: Çavuşoğlu Soçiyə gedəcək – Lavrovla görüşdə Qarabağ müzakirə olunacaq

6244

Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu 29 dekabrda Soçiyə işgüzar səfər edəcək və burada rusiyalı həmkarı Sergey Lavrovla görüşəcək.

Bizim.Media "TASS"a istinadən xəbər verir ki, bu barədə brifinqdə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.

''29 dekabr tarixində Türkiyə Xarici İşlər naziri Rusiya diplomatik xidmətinin rəhbəri Sergey Lavrovun dəvəti ilə Soçi şəhərində işgüzar səfərdə olacaq''.

''Mövlud Çavuşoğlu ən yüksək səviyyədə Rusiya - Türk Əməkdaşlıq Şurası çərçivəsində fəaliyyət göstərən Birgə Strateji Planlaşdırma Qrupunun səkkizinci iclasına qatılacaq'' deyib.

Zaxarovanın sözlərinə görə, iclasda geniş regional və beynəlxalq problemlərə baxılacaq. Xüsusilə, Orta Şərq və Şimali Afrika bölgəsi, Zaqafqaziya, Orta Asiya, Ukrayna və Qara dəniz bölgəsindəki vəziyyətlərin nizamlanması lazımdır:

“Həmçinin beynəlxalq təşkilatların qarşılıqlı fəaliyyətlərinin səmərəliliyinin artırılması yolları müzakirə ediləcək".

Diplomat Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Dağlıq Qarabağla bağlı 10 noyabr tarixli üçtərəfli bəyanatının icrası ilə bağlı məsələlərin ətraflı araşdırılmasının planlaşdırıldığını deyib. 

“Vurğu mümkün toqquşma risklərini minimuma endirməyə, ölkələrə humanitar yardım göstərməyə yönəldiləcək. Diqqət Dağlıq Qarabağ münaqişəsi zonasında atəşkəsə və bütün hərbi əməliyyatlara nəzarət etmək üçün Rusiya - Türkiyə ortaq monitorinq mərkəzinin fəaliyyətinin qurulmasına yönəldiləcək” deyib. 

Babək Göyüş, Bizim.Media 
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin