Rusiyadan yan keçən təyyarələr Bakıda eniş edəcək? – Müharibənin yaratdığı şərtlər haqqında PROQNOZ

Hazırda oxunan: Rusiyadan yan keçən təyyarələr Bakıda eniş edəcək? – Müharibənin yaratdığı şərtlər haqqında PROQNOZ

62374

Xəbər verdiyimiz kimi, Ukraynada keçirilən hərbi əməliyyatlara cavab olaraq Avropa İttifaqı ölkələri Rusiya aviaşirkətləri üçün hava məkanını bağlayıb. Buna əks tədbir kimi rəsmi Moskva da oxşar addıma imza atıb.

Bu cür qarşılıqlı sanksiyalar isə, aviaşirkətləri alternativ marşrutlardan istifadəyə məcbur edir. Bu cür xətlərdən biri kimi Azərbaycanın rolunu da diqqətdə saxlamaq vacibdir.

Mövzu ilə bağlı Bizim.Media ilə fikirlərini bölüşən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, Azərbaycan üzərindən uçuşların sayının artması gözləniləndir: 
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya iqtisadiyyatı ÇÖKÜR – İki rus milyarder də “MÜHARİBƏNİ DAYANDIRIN” dedi


“Avropa Birliyi Rusiya üçün hava məkanını artıq qapayıb. Təbii ki, Rusiya aviakompaniyaları artıq uçuşlar üçün alternativ marşrutlardan istifadə etmək məcburiyyətindədirlər. Sözsüz ki, Azərbaycanın Rusiya ilə qonşu olduğunu nəzərə alsaq, alternativ xətlərdən biri də ölkəmiz üzərindən uçuşlardır. O baxımdan gözlənilir ki, Azərbaycan üzərindən uçuşların sayında artım olacaq. Bu da xüsusən, həm hava məkanından və hava limanlarından istifadə edilən ölkələrin gəlirlərinə təsir göstərir”.

Deputat qeyd edib ki, uçuşların artması həm hava məkanından, həm də aeroportlardan istifadə baxımından gəlirlərin artmasına səbəb olacaq:

“Gözlənilir ki, Azərbaycan hava məkanından və limanlarından daha geniş istifadə olunacaq. Təkcə, Rusiya aviaşirkətləri yox, eyni zamanda Rusiyaya səfər edən təyyarələrin bizim limanlardan istifadəsinin artacağı proqnozlaşdırılır. Bu da təbii ki, Azərbaycan üçün hava məkanından istifadə nöqteyi-nəzərindən gəlirlərin artması anlamına gəlir. Çünki daha çox uçuş, daha çox gəlir deməkdir.

Bu kontekstdən ehtimal edilir ki, Azərbaycanın hava məkanı və aeroportlarından istifadəyə görə gələn gəlirlərdə artımlar müşahidə olunsun”.

Ekspertlərin sözlərinə görə, Azərbaycan aeroportlarından istifadə edən təyyarələrin yanacaqla təmin olunması məsələsini də nəzərə alsaq, ölkəmizin bu sferada ciddi gəlir əldə edəcəyini də proqnozlaşdırmaq mümkündür.

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin