Azərbaycan qırıcıları Ukraynada vurulmayıb - TƏKZİB

Hazırda oxunan: Azərbaycan qırıcıları Ukraynada vurulmayıb - TƏKZİB

62225

Erməni mətbuatı iddia edir ki, guya müharibədən əvvəl Ukrayna zavodları Azərbaycan Hərbi Hava Qüvvələrinə məxsus bir neçə MiQ-29 qırıcı təyyarələrini əsaslı təmir edərək modernləşdirirmiş. 

Rusiya ordusunun fevralın 24-də Ukraynaya qarşı başladığı hava hücumları zamanı isə həmin zavodların birində təmirdə olan Azərbaycanın 4 MiQ-29 təyyarəsi vurulub. 

Bizim.Media mövzu ilə bağlı araşdırma aparıb. Adının açıqlanmasını istəməyən mənbə bildirib ki, həmin tarixdə Azərbaycanın heç bir təyyarəsi Ukrayna zavodlarında təmirdə olmayıb.

“Bu, erməni mətbuatının növbəti feyk xəbəridir”, deyə mənbə yekunlaşdırıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin