Baş prokurorun keçmiş müavini Gündüz Məmmədov Ukrayna prezidenti Vladimir Zelenskiyə müraciət edib.
Bizim.Media xəbər verir ki, bu haqda o, özünün Facebook səhifəsində yazıb.
Gündüz Məmmədov Ukrayna liderinə Roma statutunu (Nizamnamə) ratifikasiya edilməsini tövsiyə edib.
Xatırladaq ki, Beynəlxalq Cinayət Məhkəməsinin Roma Statutu Beynəlxalq Cinayət Məhkəməsini təsis edən beynəlxalq müqavilədir. 17 iyul 1998-ci ildə Romada keçirilən diplomatik konfransda qəbul edilib və 1 iyul 2002-ci ildə qüvvəyə minib.
2016-cı ilin mart ayına olan məlumata görə, 139 dövlət müqaviləni imzalasa da, 124-ü ratifikasiya edib.
Rusiya nizamnaməni 13 sentyabr 2000-ci ildə imzalayıb, lakin 2016-cı ilə qədər onu ratifikasiya etməyib. 2016-cı il noyabrın 16-da prezident Vladimir Putin Rusiyanın Roma Nizamnaməsində iştirakından imtina edən fərman imzalayıb.
Dmitri Peskov bildirib ki, BCM-nin yurisdiksiyasından çıxış “dəqiq milli maraqlar”la diktə edilib və məhkəmə prokurorluğunun bir gün əvvəl dərc edilmiş “Krımın işğalı” ilə bağlı hesabatı ilə “heç bir əlaqəsi yoxdur” .
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:31 / 27.02.2022
Baş prokurorun keçmiş müavini Gündüz Məmmədov Zelenskiyə müraciət etdi
Hazırda oxunan: Baş prokurorun keçmiş müavini Gündüz Məmmədov Zelenskiyə müraciət etdi
Hazırda oxunan: Baş prokurorun keçmiş müavini Gündüz Məmmədov Zelenskiyə müraciət etdi
62168
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.