Türkiyə Xarici İşlər Nazirliyi Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb.
Bizim.Media xəbər verir ki, bəyanatda qeyd olunub:
“Ermənistan Respublikasının bölmələri tərəfindən 1992-ci il fevralın 26-da Azərbaycanın Qarabağ bölgəsindəki Xocalı şəhərinə qarşı hücumlarda aralarında çox sayda qadın və uşağın da olduğu 613 azərbaycanlı məsum dinc sakin qətlə yetirilib və yüzlərlə Azərbaycan vətəndaşı yaralanıb.
Bundan başqa, mindən çox insan Ermənistan qüvvələri tərəfindən əsir götürülüb. İtkin düşənlərin aqibəti isə bu günədək məlum deyil.
30 il öncə dünyanın gözü qarşısında baş verən vəhşətin səbəb olduğu yaraların hələ də təzə olduğunu bilir, qardaş Azərbaycanın kədərini kədərimiz olaraq qəbul edir və ən dərindən paylaşırıq.
Xocalı qətliamında həyatını itirən azərbaycanlı qardaşlarımıza Allahdan rəhmət diləyir, bütün can Azərbaycan xalqına səmimi-qəlbdən başsağlığı verir və həyatını itirənlərin əziz xatirələrini ehtiramla yad edirik”.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
12:27 / 26.02.2022
Türkiyə XİN-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT
Hazırda oxunan: Türkiyə XİN-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT
Hazırda oxunan: Türkiyə XİN-dən Xocalı soyqırımı ilə bağlı BƏYANAT
62036
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.