Bu gün Xocalı faciəsindən 30 il keçir. Xocalı faciəsi tək bir xalqın yox, insanlığın qətliamı, faciəsi, bütün qəddarlığı və faşistliyi ilə tarixin qara səhifələrindəndir.
Elə buna görə, Bizim.Media Xocalını dünya səviyyəsində tanıyan dövlətlər və təşkilatların siyahısını hazırlayıb.
MÖVZU İLƏ BAĞLI:
Xocalı soyqırımından 30 il ötür
Xocalı faciəsinin bu gündə davam edən reallıqlarını, ermənlərin əsl, çirkin üzünü dünya ictimaiyyətinə çatdırmaq hər bir azərbaycanlının ilk vətən borcudur.
Ölkələr (bəziləri tam səviyyədə, bəziləri parlament):
Meksika
Pakistan
Kolumbiya
Çexiya
Bosniya və Herseqovina
Peru
Honduras
Panama
İordaniya
Qvatemala
Sloveniya
İndoneziya
Paraqvay
Cibutu
Şotlandiya
Beynəlxalq təşkilatlar:
İslam Əməkdaşlıq Təşkilatı (2012)
Həmçinin sözügedən təşkilat Ermənistanı təcavüzkar dövlət kimi tanıyan ilk təşkilat olub. İƏT indiyə kimi Xocalı faciəsi ilə bağlı 13 qətnamə və kommunike qəbul etmişdir.
ABŞ ştatları:
1.Massaçusets ştatı
2.Texas ştatı
3.Nyu-Cersi ştatı
4.Corciya ştatı
5.Men ştatı
6.Nyu-Meksika ştatı
7.Arkanzas ştatı
8.Missisipi ştatı
9.Oklahoma ştatı
10.Tennessi ştatı
11.Pensilvaniya ştatı
12.Qərbi Virciniya ştatı
13.Konnektikut ştatı
14.Florida ştatı
15.İndiana ştatı
16.Arizona Ştatı
17.Yuta ştatı
18.Nebraska
19.Havay
20.Montana
21.Aydaho
22.Minnesota
23.Viskonsin
24.Nevada
Təəssüf ki, bu günə qədər yalnız dünyanın 16, Amerika Birləşmiş Ştatlarının 24 ştatı və beynəlxalq təşkilatlardan yalnız İslam Əməkdaşlıq Təşkilatı Xocalı faciəsini tanıyıb.
Mia Quliyeva, Bizim.Media