Hikmət Hacıyev: “Azərbaycan Ermənistanla sülh müqaviləsini müzakirə etməyə hazırdır”

Hazırda oxunan: Hikmət Hacıyev: “Azərbaycan Ermənistanla sülh müqaviləsini müzakirə etməyə hazırdır”

61864

“Azərbaycan Ermənistanla sülh müqaviləsini müzakirə etməyə hazırdır, lakin bunun üçün ədalət, o cümlədən Xocalıya münasibətdə ədalət bərqərar olmalıdır”.  

Bizim.Media xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Xocalı soyqırımın 30-cu ildönümü ilə bağlı keçirilən konfransda deyib.  

“Vətən müharibəsinin gedişində məlum idi ki, Ermənistan öz strategiyasını dəyişməyib. Ermənistan dinc və gecə vaxtı yatan azərbaycanlılara zərbə endirirdi”, - o xatırladıb.  

H.Hacıyevin sözlərinə görə, Xocalıya bənzər faciələr işğal zamanı Azərbaycanın digər yaşayış məntəqələrində də törədilib, lakin bu barədə danışılmayıb:

“İndiyədək kütləvi məzarlıqlar qalmaqdadır. Ermənistanı onlar haqqında məlumat verməyə çağırırıq”.  
Xatırladaq ki, Xocalı rayonunun Edilli kəndində də azərbaycanlıların kütləvi məzarlığı aşkar edilib.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin