Zakir Həsənov İrana başsağlığı verdi

Hazırda oxunan: Zakir Həsənov İrana başsağlığı verdi

61854

Azərbaycanın müdafiə naziri general-leytenant Zakir Həsənov İran Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general-leytenant Məhəmmədhüseyn Baqeriyə və müdafiə və silahlı qüvvələrə dəstək naziri general-mayor Məhəmmədrza Gərayi Aştianiyə başsağlığı verib.  

Bizim.Media xəbər verir ki, bu barədə İranın Azərbaycandakı səfirliyi məlumat yayıb.  

Z.Həsənov M.Baqeriyə və M.G.Aştianiyə ünvanladığı ayrı-ayrı məktublarda təlim təyyarəsinin qəzaya uğraması və pilotların şəhadəti münasibətilə başsağlığı verib, dövləti və xalqı ilə həmdərd olduğunu bildirib.  

Qeyd edək ki, fevralın 21-də Təbriz şəhərində İranın qırıcı təyyarəsi qəzaya uğrayıb. Hadisə nəticəsində təyyarənin iki pilotu və mülki şəxs ölüb.  

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin