Razi Nurullayevdən Rusiya ilə bəyannaməni tənqid edənlərə SƏRT REAKSİYA – “Gülünc yanaşmadır” 

Hazırda oxunan: Razi Nurullayevdən Rusiya ilə bəyannaməni tənqid edənlərə SƏRT REAKSİYA – “Gülünc yanaşmadır” 

61843

“Rusiya ilə Azərbaycan arasında bağlanan müttəfiqlik bəyannaməsi zamanında və yerində atılmış addımdır. Bu bəyannaməni tənqid edən və Prezident İlham Əliyevi günahlandıran siyasətçilər isə ən yumşaq desək haqsız və şəxsi anlamda siyasi maraqlarını önə çəkənlərdir. Bizim 90-cı illərdən bu günə qədər müxalifət olaraq ən böyük problemimiz hər şeyi inkar üzərində siyasət aparmağımız olub”.  

Bizim.Media xəbər verir ki, bu fikiləri millət vəkili Razi Nurullayev bildirib. 
 

MÖVZU İLƏ BAĞLI:

Milli Məclisdə Xocalı soyqırımının qurbanlarının xatirəsi YAD EDİLDİ 


Deputat fikirlərini bu cür davam etdirib: 

"Milli Şuranın üzvü Əli Kərimli deyib ki, Bəyannamə Azərbaycanın müstəqilliyini ciddi şəkildə məhdudlaşdırır. Guya dünya ölkələri Rusiya ilə hesablaşmadan o qədər güclü siyasət aparıblar ki, biz qalmışdıq. Daha əlimiz-qolumuz bağlanacaq. Gülünc yanaşmadır. 

Bu bəyannamə suverenliyimizə təhdid yox, özünüqoruma instinktindən yaranan, ağıllı və balanslı siyasətin nəticəsidir. Bu siyasət bizə işğalda olan əraziləri azad etməyə imkan yaratdı. Axı bir zamanlar deyirdik ki, İlham Əliyev bir qarış torpaq da ala bilməz. İnkar o zaman xeyir verir ki, həqiqəti üzə çıxarır. Bu məsələdə isə həqiqət çılpaqdır, onu aşkara çıxarmağa ehtiyac yoxdur. 

Həqiqəti inkar üzərində qurulan siyasət nəticəsində Qarabağ işğal olunmadımı? 35 minə qədər şəhid vermədikmi, hələ də 4000 minə yaxın itkin düşənləri axtarmırıqmı? Rəhmətlik Əbülfəz Elçibəy də birinci səfərini Moskvaya etmişdi. 

Əslində, Bəyannamə ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin qorunmasına bir zəmanətdir. Biz dost Ukraynada baş verən hadisələri görmürükmü? Bəyannamədə Azərbaycan üçün xeyli uduşlu məqam var. Rusiya Qarabağda olan ermənilərə pasport və vətəndaşlıq təklif edə bilər deyə - narahat deyilmiydikmi? Separatçılar bunun üçün çalışmırdımı, Rusiyaya birləşmək istəmirdimi? Amma Bəyannamə bu təhlükələrə nöqtə qoydu.
 

Təsadüfi deyil ki, prezidentlərin görüşü zamanı Rusiya prezidentinin bununla bağlı bildirdiyi fikrə İlham Əliyev replika ilə cavab verdi ki, “и нерушимость границ”- həm də sərhədlərin toxunulmazlığı.  


Ermənistan hər zaman Rusiyanı Azərbaycana qarşı qoymaq istəyib. Heç də Rusiyanı birbaşa erməni lobbisinin və Ermənistanın ixtiyarına vermək olmaz. Bu bəyannamədən sonra Ermənistan cəmiyyəti sanki yasa batıb. Ermənistanın siyasi partiyaları Paşinyanı istefaya dəvət edir. Onlar hesab edirlər ki, Rusiya ilə Azərbaycan arasında müttəfiqlik sazişinin imzalanması artıq Ermənistanın bütün planlarına son qoymuş olur.

Artıq Ermənistanın Rusiya kartı ilə Azərbaycana təzyiq göstərmək imkanı əlindən çıxmış oldu.  

Yuxarıda dediklərimə istinadən gəlin həqiqətləri inkar üzərində müxalifətçilik etməyək. Müxalifətçilik etməli o qədər məsələlər var ki, onu da edirik". 

Murad Əhmədov, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin