Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin strateji hədəfi məhz güclü Azərbaycan dövlətinin yaradılmasıdır. Bunu son 17 ildə Azərbaycanın həm daxili, həm xarici siyasətində müşahidə edirik.
Bizim.Media xəbər verir ki, bu fikirləri Türkiyə Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin (TÜRKSAM) sədri, Türkiyə Böyük Millət Məclisinin sabiq deputatı Sinan Oğan deyib.
O bildirib ki, hazırda dünyanın bir sıra mühüm strateji mərkəzlərində, o cümlədən Türkiyədə Azərbaycanın cəmi 44 gün ərzində necə böyük qələbə qazanması, işğal altındakı torpaqlarını azad etməsi geniş müzakirə olunur, araşdırılır.
Bunu da xüsusi vurğulamaq lazımdır ki, Azərbaycan təkcə döyüş meydanında mübarizə aparmırdı. Diplomatik müstəvidə də ciddi uğur qazanan Azərbaycan Rusiya, ABŞ kimi böyük ölkələrin neytrallığını təmin etdi. Təbii ki, bunun arxasında 17 illik böyük zəhmət və güclü diplomatik zəka dayanır.
Sinan Oğan birinci Qarabağ müharibəsindən ötən otuz ilə yaxın müddətdə Azərbaycanın hərbi qüdrətini artıraraq Ordusunu ən müasir silahlarla təchiz etdiyini vurğulayıb:
''Azərbaycan Ordusunun döyüş meydanında, xüsusilə çətin relyefdə və iqlim şəraitində, o cümlədən Şuşanın azad olunmasında göstərdiyi qəhrəmanlıq, eləcə də pilotsuz uçuş aparatlarından peşəkarlıqla istifadə etməsi dünya müharibə tarixində bir yenilik oldu''.
''Bu müharibə silahlı pilotsuz uçuş aparatlarından istifadə baxımından böyük bir sınaq, yenilik idi. Bu yaxınlarda oxuduğum, ABŞ-da yayımlanmış bir məqalədə Azərbaycanın müharibə strategiyasını tamamilə dəyişdirdiyi qeyd edilirdi. Bu uğurların əsasında məhz güclü dövlətçilik və liderlik zəkası dayanır'', - deyə o qeyd edib.
TÜRKSAM-ın sədri vurğulayıb ki, bu gün bölgənin ən güclü ordusu Azərbaycan Ordusu, ən güclü iqtisadiyyatı Azərbaycan iqtisadiyyatıdır.
Həmçinin region ölkələri arasında ən çox və yüksək təhsilli kadrlar da məhz Azərbaycandadır.
Azərbaycan Prezidenti ölkənin bütün resurslarını, iqtisadiyyatı, Ordunu ümumi Qələbəyə hazırladı və bunun nəticəsində Zəfər qazanıldı. Bu, təkcə Azərbaycanın deyil, eyni zamanda, türk dünyasının qələbəsidir.
Türk dünyasında Zəfər qazanaraq torpaqlarını işğaldan azad edən tək lider Prezident İlham Əliyevdir. Prezident İlham Əliyev adını təkcə Azərbaycan tarixinə deyil, eləcə də türk dünyasının tarixinə parlaq hərflərlə yazdırdı.
Bizim.Media
- A-
- A
- A+
Siyasət
11:03 / 24.12.2020
TÜRKSAM sədri: ''Bölgənin ən güclü ordusu Azərbaycan ordusudur''
Hazırda oxunan: TÜRKSAM sədri: ''Bölgənin ən güclü ordusu Azərbaycan ordusudur''
Hazırda oxunan: TÜRKSAM sədri: ''Bölgənin ən güclü ordusu Azərbaycan ordusudur''
6180
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.