“Bizim Moskvaya səfərimiz ərəfəsində Azərbaycan televiziyasında bir sənədli film göstərilirdi. Film bir ahıl qadın haqqında idi. Onun 79 yaşı var, Ağdama, işğaldan azad edilmiş Ağdama gəlib, öz evini axtarır.
Qadın həqiqətən çox qoca idi, çətinliklə yeriyirdi və 30 dəqiqə ərzində o, praktiki olaraq göz yaşları tökə-tökə öz emosiyaları barədə, təbii ki, heç nə tapmaması barədə danışmağa çalışıb. O, hətta evinin xarabalığını da tapmayıb”.
Bizim.Media xəbər verir ki, bunu Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva TASS-ın Baş Redaktorlar Klubunda Rusiya KİV rəhbərləri ilə görüşündə prezident İlham Əliyevlə RT kanalının baş redaktoru Marqarita Simonyan arasında dialoq zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyevin Marqarita Simonyanla DİALOQU: “Dedikləriniz həqiqətə uyğun deyil” - VİDEO
Mehriban Əliyeva qeyd edib ki, həmin qadın heç olmasa həmin sahəni tapmağa çalışıb:
“Bu, həqiqətən tamamilə dəhşətli mənzərədir. Düşünürəm, indi imkan yaranıb, mən sizin hamınızı dəvət etmək istəyirəm. Ona görə ki, cənab Prezident kitab barədə də danışdı, lakin bunları öz gözünüzlə görmək lazımdır. Nə üçün indi bu barədə danışıram, - o qadın öz sərgüzəştini danışdı və paralel olaraq müharibədən əvvəl, birinci müharibədən əvvəl çəkilmiş kadrlar qalıb.
O vaxt o qadının ailəsində toy olub, - onlar bu toyu həyətdə necə qeyd ediblər, gənc gəlini qəbul ediblər və indiki, bugünkü kadrlar. Onun gözlərindən sevinc yaşı axır: nəhayət ki, bu torpağa qovuşub.
O deyirdi: “Mən bu günü gördüm. Xoşbəxtəm ki, bu günə qədər yaşadım”. Sonda həmin qadın bir ovuc torpağı götürüb öpür. İndi mən bunu ona görə danışıram ki, bunları çatdırmaq çətindir, yəqin bunu görmək, hiss etmək lazımdır ki, belə insanlar çoxdur”.
Bizim.Media