Rusiya XİN Türkmənçay Müqaviləsinə dair təhrifi aradan qaldırdı - FOTO 

Hazırda oxunan: Rusiya XİN Türkmənçay Müqaviləsinə dair təhrifi aradan qaldırdı - FOTO 

61683

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) sosial şəbəkə hesabında Türkmənçay Müqaviləsinə dair təhrif aradan qaldırılıb. 

Bizim.Media-nın xəbərinə görə, Rusiya XİN-in rəsmi sosial şəbəkə səhifəsində yanlış məlumata müvafiq düzəliş edilib, “Şərqi Ermənistan” sözü çıxarılıb. 
 

MÖVZU İLƏ BAĞLI:

Rəsmi Bakıdan Rusiya XİN-in təxribat dolu paylaşımına REAKSİYA 


Qeyd edək ki, fevralın 22-də Rusiya XİN-in rəsmi sosial şəbəkə hesabında 1828-ci il Türkmənçay Müqaviləsi ilə bağlı təhrif olunmuş məlumat paylaşılarkən “Şərqi Ermənistan” sözünə istinad edilib. 

Xatırladaq ki, Azərbaycan XİN bununla bağlı açıqlama yayaraq Rusiya XİN-ini bu təhrifi aradan qaldırılmağa çağırmışdı. 

Bizim.Media



© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin