İlham Əliyev: “Müharibə dövründə Rusiya mediası bəzi istisnalarla neytral olub”

Hazırda oxunan: İlham Əliyev: “Müharibə dövründə Rusiya mediası bəzi istisnalarla neytral olub”

61669

“30 ildir ki, Minsk qrupu gəlir, gedir. Yeri gəlmişkən, bu il onlar 1992-ci ildən bəri fəaliyyətlərinin yubileyini qeyd edəcəklər. Buna görə biz Qarabağda baş verənlər barədə həqiqəti geniş ictimaiyyətə, ekspert cəmiyyətlərindəkilərə, ictimai əhval-ruhiyyəni formalaşdıranlara çatdırmalı idik.

Məhz həqiqəti, təəssüf ki, illər boyu təqdim edilənləri yox, müharibə dövründə bunu edə bildik. Bacardıq. Çoxları deyir ki, biz informasiya müharibəsini uduzmuşuq. Lakin biz elə müharibə aparmamışıq. Biz, sadəcə, imkan qazandıq, dünyanın diqqəti bu müharibəyə yönəldiyinə görə biz, sadəcə, həqiqəti demək imkanı qazandıq”.
 

MÖVZU İLƏ BAĞLI:

İlham Əliyev rusiyalı jurnalistlərə deputatlarımızın İrəvana səfərindən danışdı


Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində fevralın 23-də TASS agentliyində bu ölkənin aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşü zamanı səsləndirib.

“Erməni tərəfindən fərqli olaraq biz öz xalqımıza da, ictimaiyyətə də həqiqəti deyirdik. Buna görə mən həm sizə, həm də bu imkanı yaradan digər Rusiya KİV-lərinə təşəkkür edirəm. Dmitri Konstantinoviçə (Dmitri Kiselyov, “Rossiya Seqodnya” Beynəlxalq İnformasiya Agentliyinin baş direktoru) xüsusi təşəkkürümü bildirirəm ki, o, efirdə Paşinyan ilə öz mövqeyimizi Rusiya və bir sıra qərb televiziya tamaşaçılarına çatdırmaq imkanı verdi”, deyə o, qeyd edib.

Azərbaycan Prezidenti ünsiyyətdə olduğu qərb KİV-lərinin Azərbaycana qarşı qərəzli əhval-ruhiyyədə olduqlarını xatırladıb:

“Onların suallarında nə isə öyrənmək arzusundan daha çox ittihamlar səslənirdi. Bununla belə bu, hər halda həmin məkana daxil olmağımıza imkan verdi. Fikrimcə, dünyada bütövlükdə kifayət qədər tezliklə yeni reallıqları qəbul etdilər, o cümlədən ona görə ki, kimin haqlı olması, kimin işğala məruz qalması, kimin öz torpağında vuruşması, kimin işğalçı olması aydın idi. Bax, buna görə Sizə və sizin həmkarlarınıza təşəkkür edirəm.

Onu da deməliyəm ki, Rusiya media məkanı bütövlükdə neytral olub. Əlbəttə, bəzi şəxsi məqamlar istisna olmaqla bütövlükdə neytrallıq tamamilə qorunub saxlanıb. Buna görə də təşəkkür edirəm, çünki heç də həmişə belə olmayıb”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin