“Rusiyanın əsas məqsədi Zelenskini devirməkdir” – PƏRDƏARXASI MƏQAMLAR

Hazırda oxunan: “Rusiyanın əsas məqsədi Zelenskini devirməkdir” – PƏRDƏARXASI MƏQAMLAR

61664

“İlk öncə onu demək lazımdır ki, Qərb Rusiyanın bu mühribəyə başlayacağını dəfələrlə bildirmişdi. Bu istiqamətdə hazırlıqların da getdiyi bildirilirdi. Qərb hətta fevralın 24-də Blinken-Lavrov görüşünə hazırılq görürdü”.

Bu fikirləri Bizim.Media-ya müsahibəsində politoloq Amid Əliyev qeyd edib.

Belə ki, Rusiyanın Ukraynaya müdaxilədə hansı məqsədləri güdməsi ilə bağlı fikirlərini bölüşən politoloq, oyunu dəyişdirən həmlə kimi Donetsk və Luqanskın tanınması prosesini göstərib:

“Lakin proseslərin gedişatı Rusiya tərəfindən Luqansk və Donetskin rəsmən hüquqi və siyasi cəhətdən tanınması ilə dəyişdi. Bu artıq Ukrayna ərazisinin Rusiya tərəfindən ilhaq, daha dəqiq desək işğalının başlanması mənasını verdi. Ardınca Rusiya prezidenti xalqa müraciət edərək, Donbass vilayətinin azad olunmasının vacibliyini və bu istiqamətdə hərbi əməliyyatların başlanması anonsunu verdi.
 

MÖVZU İLƏ BAĞLI:

Rusiya Ukraynaya qarşı müharibəyə başladı – ONLAYN YENİLƏNMƏ


Çıxışında Putin buna qarşı çıxacaq hər hansı bir dövlət və ya dövlətlərin olacağı təqdirdə, ciddi müqavimətlə rastlaşmalı olacaqlarını da bildirdi. Eyni zamanda Rusiyanın ən müasir silahlarının döyüş növbəsinə və döyüş hazırlığına gətirildiyini vurğuladı ki, bu silahların dünyada müqayisə oluna biləcək alternativləri yoxdur. Bu da məsələnin tam ciddiliyini və Rusiyanın öz tələblərindən geri çəkilmədiyini bir daha göstərdi”.

Amid Əliyevin sözlərinə görə, Putin çıxışı zamanı məsələnin bu qədər böyüməsində kimin günahlandırdığını da açıq şəkildə qeyd edib:

“Putinin xalqa birinci müraciəti zamanı Ukraynanın yaranma tarixindən və Ukraynada millətçilərin Rusiyaya qarşı antipatik münasibətlərindən danışarkən, Ukraynanın hazırki rəhbərliyini günahkar hesab etdi. Ukraynada dekomunizm ideyalarının tüğyan etməsi, Ukraynanın imper buxavlarından qurtarmaq istəyi Putin tərəfindən Qərbdə hazırlanmış proqram kimi qiymətləndirildi”.

Politoloq Rusiyanın əsas məqsədinin Ukraynada Zelenski hakimiyyətini devirmək olduğunu da diqqətə çatdırıb:

“Hazırda, Ukrayna ilə Rusiya cəbhəsində aktiv döyüşlərin getdiyini müşahidə edirik. Ukrayna ərazisində olan bütün hərbi hava limanları və obyektlər raket hücumunə məruz qalıb və sıradan çıxarılıb. Rusiya HHQ məxsus təyyarələr Ukrayna səmalarını zəbt edib.

Xarkov, Mariupol və digər şəhərlərdə vacib strateji məntəqələr rus qoşunlarının nəzarətindədir. Belə olan halda və Putinin söylədiklərini nəzərə alsaq bəli, Rusiya Ukraynanın hazırki hakimiyətinin devrilməsin əsas məqsəd kimi qarşıya qoyub.

Bu istiqamətdə isə Qərbin sanksiya siyasəti Rusiyanı saxlaya bilməyəcək. Yaxın zamanlarda hadisələrin daha da yüksələn xətt üzrə inkişaf etməsini müşahidə edə bilərik”.

Murad Əhmədov, Bizim.Media


© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin