“Azərbaycanın hazırkı mövqeyi...” - Rusiya-Ukrayna müharibəsinə Tofiq Zülfüqarovun ŞƏRHİ

Hazırda oxunan: “Azərbaycanın hazırkı mövqeyi...” - Rusiya-Ukrayna müharibəsinə Tofiq Zülfüqarovun ŞƏRHİ

61634

“Doğrusu, vəziyyətin bu dərəcəyə gəlib çatacağını gözləmirdim. Çünki, hərbi əməliyyatların başlanması, həm Ukrayna, həm də Rusiya üçün mənfi ssenari idi”

Bu fikirləri Bizim.Media-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov bildirib.

Belə ki, Rusiya və Ukrayna arasında münaqişənin aktiv fazaya keçməsinə münasibət bildirən eks-nazir fikirlərini bu cür davam etdirib:

“Söhbət insan itkiləri və dağıntılardan getmir. Hərbi yolla hansısa məqsədlərə çatmaq mümkün deyil. Düşünürəm ki, Putinin bu qərarı cinayət xarakterli olması ilə yanaşı, eyni zamanda böyük siyasi səhvdir. Rusiya Təhlükəsizlik Şurasının sonuncu iclası da açıq şəkildə göstərdi ki, ölkə rəhbərliyi içərisində fikir ayrılıqları çox dərindir. Kremldəki siyasi böhran artıq göz qabağındadır. Bu məsələdə həm Rusiya, həm də Ukrayna ziyan çəkəcək”. 
 

MÖVZU İLƏ BAĞLI:

Putin: “Donbasda hərbi əməliyyat keçirmək əmri verdim” - VİDEO


Tofiq Zülfüqarov Ukraynanın mövqeyini dəstəklədiyini də sözlərinə əlavə edib və dost Ukrayna xalqına sülh arzuladığını da vurğulayıb.

Tofiq Zülfüqarov “NATO Ukraynanı Rusiyanın qucağına buraxdı” iddialarına da münasibət bildirib:

“Çoxlarından fərqli olaraq, hesab edirəm ki, bu situasiyanın yaranmasında Qərbin də böyük günahı var. Yəni, sadəcə olaraq, Ukraynanı təzyiq aləti kimi Rusiyaya qarşı istifadə edərək vəziyyəti bu həddə gətirib çıxarıblar. Real hərbi kömək etməyiblər, indi də qəbul olunan sanksiyalar da müvəqqəti təsir göstərəcək. Bu sanksiyaların əsas məqsədi Rusiya elitasını parçalamaqdır”.

Eks nazir Rusiya-Ukrayna konfliktində Azərbaycanın tutduğu hazırki mövqeyin əlverişli olduğunu da diqqətə çatdırıb:

“Eyni zamanda onu da qeyd etmək istərdim ki, Azərbaycanın hazırki mövqeyi əlverişlidir. Nümunə üçün 2-ci Dünya Müharibəsində Türkiyənin yeritdiyi siyasəti misal göstərə bilərik. Onlar neytrallıqlarını saxlamaqla, ölkəni və xalqı böyük bəlalardan qoruyublar. Hesab edirəm ki, bizim əsas məqsədimiz öz dövlətimizi və xalqımızı qorumaqdan ibarətdir”.

Murad Əhmədov, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin