Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə icraçı direktoru Piotr Trabinski Ağdama səfər edib.
Bizim.Media xəbər verir ki, o, bununla bağlı "Twitter" səhifəsində Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov yazıb.
MÖVZU İLƏ BAĞLI:
Beynəlxalq Valyuta Fondunun nümayəndələri Ağdama gəldilər
"Bu gün Beynəlxalq Valyuta Fondunun Azərbaycan üzrə icraçı direktoru Mr. Piotr Trabinski Ağdama səfər edib. Səfər zamanı Mr. Piotr Trabinskini işğal dövründə dağıdılmış Ağdam abidələri və Ağdamdakı yenidənqurma işləri ilə tanış etdik", - deyə E.Hüseynov qeyd edib.
Bizim.Media