“Bu gün yeni vəziyyət yaranıb, regionda bugünkü geosiyasi reallıqlar dünya birliyi tərəfindən qəbul edilib. Rusiya Azərbaycan ilə Ermənistan arasında münasibətlərin normallaşması, nəqliyyat kommunikasiyalarının açılması, normal qonşuluq münasibətlərinin qurulması üçün imkanlar yaradılması işində çox mühüm, mən deyərdim əsas rol oynayır. Biz bu rolu çox yüksək qiymətləndiririk”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Kremldə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə təkbətək görüşü zamanı deyib.
MÖVZU İLƏ BAĞLI:
İlham Əliyev Putinlə görüşdə Rusiya ilə imzalanacaq bəyannamədən DANIŞDI – “40-dan çox bəndi var”
“Ümidvarıq ki, erməni tərəfi də bizim kimi, öz tərəfindən 2020-ci ilin noyabrında imzalanmış Bəyanatın bütün bəndlərini yerinə yetirəcək”, deyə o, qeyd edib.
Azərbaycan lideri səfərin gündəliyinin geniş olduğunu bildirib:
“Bu səfər xüsusi səfərdir. Mən Prezident kimi 48-ci dəfədir ki, Rusiyadayam. Lakin bu, xüsusi haldır. Bu gün biz tarixi xarakterli çox mühüm sənəd imzalayacağıq”.
Bizim.Media