İrəvanda Avronest Parlament Assambleyasının enerji təhlükəsizliyi, siyasi məsələlər, insan hüquqları və demokratiya komitələrinin birgə iclası keçirilib.
Bizim.Media erməni mətbuatına istinadən xəbər verir ki, iclasa Azərbaycanın Avronest PA-dakı nümayəndə heyətinin üzvü, Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Tahir Mirkişili sədrlik edib.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı deputatlar İrəvana gəldilər
İclasda Gürcüstan parlamentinin üzvü Mayya Bitadzenin müəllifi olduğu “Yaşıl Sövdələşmə (Avropa Green Dea) və təmiz enerjiyə keçid kontekstində Şərq Tərəfdaşlığı ölkələrinin enerji təhlükəsizliyi çağırışları” mövzusunda sənəd müzakirə olunub.
T.Mirkişili bildirib ki, təmiz enerjiyə keçid ümumi məqsəddir:
“Bu, bir sıra ölkələrin enerji resurslarından asılılığını aradan qaldıracaq. Məruzənu hazırlayan deputat iclasda iştirak edə bilməyib, buna görə üzr istəyir. Onun adından həmkarı danışacaq”.
Gürcüstan nümayəndə heyətinin üzvü Xatiya Çilosani sənədlə bağlı məlumat verib:
“Regionda bərpa olunan enerji mənbələri şəbəkəsinin yaradılması vacibdir və bu, sənəddə nəzərdə tutulub. İndi Şərq Tərəfdaşlığı ölkələri yaşıl enerjiyə keçid üçün addımlar atır”.
O, bu istiqamətdə sənəddə nəzərdə tutulan tövsiyələri səsləndirib.
İclasa videokonfrans vasitəsilə qoşulan Enerji İcması Katibliyinin direktoru Artur Lorkodski vurğulayıb ki, 2030-cu ilə qədər təmiz enerjiyə keçid sahəsində ciddi addımlar atılmalıdır.
Avropa İttifaqı ölkələrində bu sahədə qanunvericilik təşəbbüslərinə və hazırlanmış yol xəritələrinə toxunan Artur Lorkodski bildirib ki, bütün bu addımlar neft və qaz kimi enerji resurslarından istifadənin tədricən azaldılmasına töhfə verəcək:
“Enerji yoxsulluğunu aradan qaldırmaq üçün bunun böyük əhəmiyyəti var. Bu gün biz qazın bahalaşmasının nəticələrini görürük”.
Enerji İcması Katibliyinin direktoru enerji sektorunda rəqabətə əsaslanan açıq bazarın yaradılmasının əhəmiyyətindən danışıb və bunun həm Aİ, həm də qonşu Aİ ölkələri üçün vacib olduğunu qeyd edib:
“Yaşıl Sövdələşmə” (Avropa Green Dea) bir çox amillərdən asılıdır. Enerji ictimaiyyəti Avropa İttifaqının qonşu ölkələrində bu sahədə qanunvericiliyin inkişafına töhfə verə bilər”.
Bizim.Media