Fevralın 22-də İrəvanda Avronest Parlament Assambleyasının komitələrinin iclasları keçirilir. Azərbaycanlı deputat Tahir Mirkişili çıxış edib.
Avronest Parlament Assambleyasının Hüquq Məsələləri, İnsan Haqları və Demokratiya Komissiyasının iclasına hakim “Vətəndaş müqaviləsi” partiyasından olan deputat Mariya Karapetyan rəhbərlik edib.
Bizim.Media xəbər verir ki, iclas iştirakçıları gündəliyi təsdiqləyərək müzakirələrə başlayıblar.
MÖVZU İLƏ BAĞLI:
Azərbaycanlı deputatlar İrəvana gəldilər
Bugünkü müzakirə mövzularından biri də “Rusiyanın Ukrayna sərhədində hərbi varlığının artırılması”dır.
Xatırladaq ki, iclaslarda Azərbaycandan da iki deputat iştirak edir.
Bizim.Media